Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Hülusi Kılıçdan sərt mesaj: “Kimə xidmət edirsiniz?”

Hülusi Kılıçdan sərt mesaj: “Kimə xidmət edirsiniz?”

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Türkiyənin Azərbaycandakı sabiq səfiri Hülusi Kılıç Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı açıqlama verib.

Gununsesi.info xəbər verir ki, bu barədə o soial şəbəkə hesabında paylaşım edib.

O, Azərbaycan və Prezident İlham Əliyevə qarşı səsləndirilən tənqidləri sərt şəkildə qınayaraq, iki qardaş ölkə arasında soyuqluq yaratmağa yönələn addımların yolverilməz olduğunu bildirib:

“KİMƏ XİDMƏT EDİRSİNİZ?

Can Azərbaycanın və Prezident İlham Əliyevin ünvanına yönələn məsuliyyətsiz, haqsız və düşünülməmiş hücumları şiddətlə qınayıram.

İki dövlət arasında soyuqluq yaratmaq kimə xidmət edir? Əvvəlcə bunu unutmayın: Azərbaycan müstəqil və suveren dövlətdir. Azərbaycanın daxili işlərinə və xarici siyasətinə müdaxilə etmək heç kimin nə haqqıdır, nə də həddi.

Biz bir ailəyik. Azərbaycana qarşı hücum ailəyə qarşı hücumdur.

Xahiş edirəm, yazdıqlarımı diqqətlə oxuyun:

Azərbaycan Türkiyədə həyata keçirdiyi meqa layihələr və yatırımlarla milyonlarla Türkiyə vətəndaşının məşğulluğuna töhfə verir. Türkiyədə yanğın və ya təbii fəlakət baş verdikdə ilk gələn və son gedən ölkələrdən biri Azərbaycan olub. 6 fevral zəlzələlərindən dərhal sonra da Türkiyəyə ilk gələn, son gedən və ən çox yardım göstərən ölkələrdən biri Azərbaycan olub. Azərbaycan Kahramanmaraşda yüzlərlə yaşayış və iş obyektinin tikintisini həyata keçirib. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) inkişafı və güclənməsi üçün xüsusi səylər göstərib. 3 oktyabr 2009-cu ildə keçirilən Naxçıvan Zirvə görüşünə ev sahibliyi edən Azərbaycan Türk Şurasının yaradılmasında mühüm rol oynayıb. Həmin dövrdə Azərbaycanın Bakıdakı səfiri olduğum üçün Prezident İlham Əliyevin bu istiqamətdə xidmət və səylərini şəxsən müşahidə etmişəm. Prezident İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) tanınması istiqamətində də səylər göstərib. ŞKTC-nin sabiq Prezidenti Ersin Tatar Azərbaycanı ziyarət edərkən dövlət protokoluna uyğun şəkildə qarşılanıb və yüksək səviyyədə qəbul edilib. Prezident İlham Əliyev TDT çərçivəsində ŞKTC-nin müşahidəçi statusunda qəbul olunması üçün də böyük səy göstərib. Prezident İlham Əliyev Azərbaycan və ŞKTC parlamentləri arasında dostluq qrupunun yaradılması barədə göstəriş verib. 2025-ci ildə parlamentlərarası dostluq qrupu fəaliyyətə başlayıb.

Sizə sual verirəm: ŞKTC-yə bu qədər yaxın və qardaş münasibət göstərən başqa bir ölkə varmı?

Bundan əlavə, Prezident İlham Əliyevin ötən il Ada Universitetində keçirilən və mənim də iştirak etdiyim beynəlxalq konfransda verdiyi açıqlamaya görə, 2024-cü ildə Türkiyə-İsrail münasibətlərinin gərgin olduğu bir dövrdə münasibətlərin yumşaldılması istiqamətində də mühüm rol oynayıb. Belə ki, BMT Baş Assambleyasının sessiyası çərçivəsində İsrailin Baş naziri Benyamin Netanyahu ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nyu-Yorkdakı Türk Evində görüşməsində Azərbaycanın vasitəçilik səylərinin rolu olub.

Azərbaycan-İsrail münasibətləri siyasi və strateji əməkdaşlığa əsaslanır.

İkinci Qarabağ müharibəsi zamanı İsrail Azərbaycanın ən müasir silah sistemləri ilə təmin olunmasında mühüm rol oynayıb. Ermənistanın tələblərinə baxmayaraq, bu silahların Ermənistana verilmədiyi də qeyd olunur.

Qarabağ müharibəsi zamanı Azərbaycan ABŞ-dakı erməni lobbisinin təzyiqləri ilə mübarizə aparıb. İsrail də Avropa və ABŞ-da Azərbaycanı dəstəkləyən ölkələrdən biri olub.

İndi isə Azərbaycan-Fələstin münasibətlərinə nəzər salaq:

Azərbaycan 1992-ci ildə Fələstin dövlətini tanıyıb. 2011-ci ildə Fələstin Prezidenti Mahmud Abbasın iştirakı ilə Bakıda Fələstin səfirliyi açılıb. Səfirliyin xərclərinin Azərbaycan hökuməti tərəfindən qarşılandığı bildirilir. Azərbaycan paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəkləyir. 2023-cü ildə Ramallahda Azərbaycanın nümayəndəliyi açılıb. Azərbaycan Qəzzada baş verən hadisələrə səssiz qalmayıb və BMT-də keçirilən səsvermələrdə Fələstinin lehinə səs verib. Azərbaycan Qəzzaya humanitar yardım göstərib, həmçinin 14 Qəzzalı tələbənin təhsil alması üçün onları Azərbaycana gətirib.

Hər kəsin bilməsini istərdim ki, Azərbaycanın torpaqlarının işğal altında olduğu 30 illik dövrdə Fələstin dövlətinin Ermənistanı dəstəklədiyi dəfələrlə vurğulanıb.

ÇAĞIRIŞ

Hər kəs ağlını başına toplasın və öz məsuliyyətini dərk etsin. Ağaca baxarkən meşəni görməməzliyə vurmaq olmaz.

Heç kim bizi sevməyənlərin dəyirmanına su aparmasın.

Müstəqil və suveren Can Azərbaycanın daxili işlərinə, eləcə də digər dövlətlərlə həyata keçirdiyi münasibətlərə müdaxilə etmək heç kimin nə haqqıdır, nə də həddi.

Azərbaycan və Türkiyə bir ailədir. Bu münasibətlərin arasına nifaq salmağa yönələn hər bir addım iki qardaş ölkənin münasibətlərinə zərər vurur”.

Şəbnəm

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 04 Oktyabr 2026 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see690

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see659

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see656

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see510

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see471

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see469

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see448

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see403

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see358

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see351

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see350

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see338

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see335

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see331

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see330

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see325

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see322

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see320

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see313

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see296
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri