Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.
25 fevral 2025-ci ildə Hurriyyet.az tarixində dərc olunan “Naxçıvan Sukanal İdarəsinin işçiləri yeni müdirə etiraz edir” yazıya qarşı tərəfdən reaksiya verilib.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik Hüqüqi Şəxsin Naxçıvan Sukanal İdarəsindən Hurriyyet.az-ın elektron poçtuna daxil olan məktubu olduğu kimi dərc edirik: “Nəzərinizə çatdırırıq ki, “Media haqqında Azərbaycan Respublikasının Qanunu”nda qeyd edildiyi kimi, jurnalist etikasına uyğun olaraq qarşı tərəfin də mövqeyi məhz yazı hazırlanarkən öyrənməlidir.
Qarşı tərəf olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik Hüqüqi Şəxsin mövqeyini sizə təqdim edir və əsassız ittiham xarakterli yazının eyni statusda və eyni yerdə yayımlanmasını xahiş edirik.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 29 may 2024-cü il tarixli əmri ilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik Hüqüqi Şəxsi və Regional Su Meliorasiya Xidməti Publik Hüqüqi Şəxsinin strukturu və ştat cədvəli təsdiq edilib.
Aparılan islahatlar idarəetmə sistemini təkmilləşdirmək, qurumların və personalın fəaliyyətini optimallaşdırmaq, əmək resurslarından səmərəli istifadə etmək məqsədi daşıyır.
İslahatlar çərçivəsində yeni struktur bölmələri formalaşdırılır, bəzi şöbələr birləşdirilir ki, bu da müasir tələblərə uyğun idarəetmə sisteminin qurulması ilə səmərəliliyin artırılmasına xidmət edir.
Qanunvericiliyin tələblərinə əsasən bu müddətdə bütün işçilərə xəbərdarlıq məktubları təqdim olunur, ştat cədvəli, işçilərin ixtisasları və təcrübələri nəzərə alınmaqla onlar müsabiqə əsasında yenidən işə qəbul olunur.