Icma.az
close
up
RU
“Hürriyyət”in yazısına Naxçıvan Sukanal İdarəsindən yazılı REAKSİYA TAM MƏTN

“Hürriyyət”in yazısına Naxçıvan Sukanal İdarəsindən yazılı REAKSİYA TAM MƏTN

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

25 fevral 2025-ci ildə Hurriyyet.az tarixində dərc olunan “Naxçıvan Sukanal İdarəsinin işçiləri yeni müdirə etiraz edir” yazıya qarşı tərəfdən reaksiya verilib. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik Hüqüqi Şəxsin Naxçıvan Sukanal İdarəsindən Hurriyyet.az-ın elektron poçtuna daxil olan məktubu olduğu kimi dərc edirik:

“Nəzərinizə çatdırırıq ki, “Media haqqında Azərbaycan Respublikasının Qanunu”nda qeyd edildiyi kimi, jurnalist etikasına uyğun olaraq qarşı tərəfin də mövqeyi məhz yazı hazırlanarkən öyrənməlidir. Qarşı tərəf olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik Hüqüqi Şəxsin mövqeyini sizə təqdim edir və əsassız ittiham xarakterli yazının eyni statusda və eyni yerdə yayımlanmasını xahiş edirik.  

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 29 may 2024-cü il tarixli əmri ilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik Hüqüqi Şəxsi və Regional Su Meliorasiya Xidməti Publik Hüqüqi Şəxsinin strukturu və ştat cədvəli təsdiq edilib.

Aparılan islahatlar idarəetmə sistemini təkmilləşdirmək, qurumların və personalın fəaliyyətini optimallaşdırmaq, əmək resurslarından səmərəli istifadə etmək məqsədi daşıyır.

İslahatlar çərçivəsində yeni struktur bölmələri formalaşdırılır, bəzi şöbələr birləşdirilir ki, bu da müasir tələblərə uyğun idarəetmə sisteminin qurulması ilə səmərəliliyin artırılmasına xidmət edir.

Qanunvericiliyin tələblərinə əsasən bu müddətdə bütün işçilərə xəbərdarlıq məktubları təqdim olunur, ştat cədvəli, işçilərin ixtisasları və təcrübələri nəzərə alınmaqla onlar müsabiqə əsasında yenidən işə qəbul olunur. İşçilərin bir qisminin Agentliyin tabeliyindəki digər sturktur bölmələrində işlə təmin olunması nəzərdə tutulur.

Nəzərinizə çatdırmaq istəyirik ki, yuxarıda qeyd olunanları rəhbər tutaraq Naxçıvan şəhər Sukanal İdarəsi tərəfindən aşağıda adları qeyd olunan vətəndaşlara iş təklifi edilmiş, lakin sözügeden vətəndaşlar təklif olunan işlərdən imtina ediblər.

Vətəndaş Sadiqov Xəyal Seyfəddin oğlu Naxçıvan Sukanalizasiya İdarəsində usta vəzifəsində işləyirdi. X.Sadiqov əmək funkisiyası İdarənin nasaz sayğacların dəyişdirlməsi və borclu olan abonentlərin sularının bağlanması və açılması üzrə çilingər heyətinə rəhbərlik etməkdən ibarət idi. Yeni yaradılan Naxçıvan Şəhər Sukanal İdarəsinin strukturunda qeyd olunan işlərin icrası  Qəza-Bərpa Xidməti və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin Nəzarət Ölçü Cihazaları İdarəsinin tərəfindən Avtomatika və Metrologiya Şöbəsin Naxçıvan şəhər üzrə su ölçən cihazlarının quraşdırılması, təmiri və istismarına nəzarət qrupu tərəfindən həyata keçirəcəyini nəzərə alaraq X.Sadiqova əvvəlki əmək funkisiyasına uyğun olaraq   iş təklif edilimiş, lakin X.Sadiqov Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə etdiyi müraciətində qeyd etdiyi kimi ona təklif olunan işi rədd edib.

Vətəndaş Orxan Sabir oğlu İsmayılovun əsas iş yeri  Heydər Əliye Su anbar üzərində Su elektrik stansiyasında nöbvə müdiri olmaqla əvvəlki iş yeri olan Naxçıvan Sukanalizasiya İdarəsində əvəzçilik üzrə usta (əmək funkisiyası abonetlərə bildirişlərin yazılması və paylanılmasına nəzarət)  əmək müqaviləsi bağlamışdır. Naxçıvan Şəhər Sukanal İdarəsi O.İsmayılova Emal qurğularının istismar sahəsində operator və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin Nəzarət Ölçü Cihazaları İdarəsi tərəfindən Avtomatika və metrologiya şöbəsinin Naxçıvan şəhər üzrə su ölçən cihazlarının quraşdırılması, təmiri və istismarına nəzarət qrupunda iş təklif edilimiş,lakin O.İsmayılov Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə etdiyi müraciətində qeyd etdiyi kimi ona təklif olunan işi rədd edib.

Vətəndaş Mirsaleh Mirhəbib oğlu Seyidova Naxçıvan Şəhər Sukanal İdarəsi iş təklif etmiş, lakin əvvəlki iş yeri olan Naxçıvan Sukanalizasiya İdarəsində sahə rəisi (abonetlərə  bildirişlərin yazılmasına və paylanılmasına nəzarət)  vəzifəsində işlədiyindən yeni strukturda ona su kəməri təsərrüfatında nəzarətçi, Emal qurğularının istismar sahəsində operator, Qəza-bərpa xidmətində dispetçer vəzifələri təklif olunmuşdur. M.Seyidov sahə rəisi işləməkdə  israr etdiyi üçün təklif olunan işlərdən  imtina edib.

Qeyd: Əvvəlki Naxçıvan Sukanalizasiya İdarəsində 23 (iyirmi üç) sahə rəisi ştatı mövcud idi. Yeni yaradılan Naxçıvan şəhər Sukanal İdarəsində 1 (bir) sahə rəisi ştatı nəzərdə tutulub. Nəzərdə tutulan sahə rəisi Emal qurğularının istismarı sahəsi Su Təmizləyici Qurğular Kompleksinin və Tullantı Su Təmizləyici Qurğular Komleksinin istismarının təşkili və idarə olunmasını həyata keçirir”.

Hazırladı: Jalə FAMİLQIZI

Hurriyyet.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 26 Fevral 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see211

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri