Icma.az, Tribuna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ramiz Mehdiyevin cinayətlərinə şərik olub bu gün vəzifədə olanların aqibətinin necə olacağı maraq doğurur.
Bunların ən bariz nümayəndələrindən biri vaxtilə Əli Kərimlinin ən etibarlı müşaviri olub, sonra onu Ramiz Mehdiyevlə əvəzləyən, “Almaniyanın dağıdılmasında xüsusi xidmətləri olan” İbrahim Məmmədovdur.
O, bu gün Baş Nazir Əli Əsədovun sağ əli və Nazirlər Kabinetinin mətbuat xidmətinin başçısıdır.
İ.Məmmədov R.Mehdiyevin tam etibarını qazanandan sonra AzTV sədrinin müavini oldu və az qalmışdı ki, sədr təyin olacaqdı.
Bu alınmayanda R.Mehdiyev onu indiki vəzifəsinə təyin etdirdi.
Tribunainfo.az xəbər verir ki, bu sözləri hüquqşünas Aslan İsmayılov bildirib.
O qeyd edib ki, İ.Məmmədovu bu günlərdə yada salmağı təsadüfi deyil: “Çoxlarının bu gün də əhəmiyyətini dərk etmədiyi, Putinin hər fürsətdə bizi ittiham etdiyi Sumqayıt hadisələrinin saxtalaşdırılmasında, həqiqətlərin ört-basdır edilməsində Rusiyanın general-qubernatoru R.Mehdiyevin tapşırıqlarını yerinə yetirən məhz İ.Məmmədov olub və əvəzində vəzifələr və digər çoxsaylı imtiyazlar alıb.