Icma.az
close
up
RU
İbrahim Məmmədov Mehdiyevin cinayətlərinə şərik olub… Hüquqşünasdan faktları açıqladı Foto

İbrahim Məmmədov Mehdiyevin cinayətlərinə şərik olub… Hüquqşünasdan faktları açıqladı Foto

Icma.az, Tribuna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ramiz Mehdiyevin cinayətlərinə şərik olub bu gün vəzifədə olanların aqibətinin necə olacağı maraq doğurur. Bunların ən bariz nümayəndələrindən biri vaxtilə Əli Kərimlinin ən etibarlı müşaviri olub, sonra onu Ramiz Mehdiyevlə əvəzləyən, “Almaniyanın dağıdılmasında xüsusi xidmətləri olan” İbrahim Məmmədovdur. O, bu gün Baş Nazir Əli Əsədovun sağ əli və Nazirlər Kabinetinin mətbuat xidmətinin başçısıdır. İ.Məmmədov R.Mehdiyevin tam etibarını qazanandan sonra AzTV sədrinin müavini oldu və az qalmışdı ki, sədr təyin olacaqdı. Bu alınmayanda R.Mehdiyev onu indiki vəzifəsinə təyin etdirdi.


Tribunainfo.az xəbər verir ki, bu sözləri hüquqşünas Aslan İsmayılov bildirib. O qeyd edib ki, İ.Məmmədovu bu günlərdə yada salmağı təsadüfi deyil:

“Çoxlarının bu gün də əhəmiyyətini dərk etmədiyi, Putinin hər fürsətdə bizi ittiham etdiyi Sumqayıt hadisələrinin saxtalaşdırılmasında, həqiqətlərin ört-basdır edilməsində Rusiyanın general-qubernatoru R.Mehdiyevin tapşırıqlarını yerinə yetirən məhz İ.Məmmədov olub və əvəzində vəzifələr və digər çoxsaylı imtiyazlar alıb. Bu gün ən dəhşətlisi odur ki, bu adam həmin hadisələrin mahiyyətini saxtalaşdırdığına, hadisəni ancaq Ermənistan-Azərbaycan münaqişəsi kimi təqdim etdiyinə görə, R.Mehdiyevin elmi rəhbərliyi altında “ERMƏNİSTANIN AZƏRBAYCANA QARŞI İŞĞALÇILIQ SİYASƏTİNİN TƏRKİB HİSSƏSİ: 1988-Cİ İL SUMQAYIT HADİSƏLƏRİ” adlı elmi işi müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

Qarabağ probleminin alovlanmasında, Azərbaycan xalqının bütün dünyaya vəhşi millət kimi təqdim edilməsində Sumqayıt hadisələrinin müstəsna rolu var. O işi saxtalaşdıranları, əvvəl SSRİ DTK-nın, sonralar isə Rusiya FSB-nin tapşırığını yerinə yetirən R.Mehdiyevə dəstək olanların hamısını ifşa edəcəyimi uzun illər əvvəl söz verdiyim kimi həyatımın sonuna qədər onları ifşa edəcəm. Ona görə də bu xəyanətdə rolu olan çoxları ilə tanış olacaqsınız.

2010-cu ilin ikinci yarısı AzTV-də işləyən İ.Məmmədov mənə zəng edib “Sumqayıt SSRİ-nin süqutunun başlanğıcı” kitabım əsasında film çəkmək tapşırığı aldığını dedi və dəfələrlə ofisimə gəldi. Sumqayıt hadisələrinin incəliklərini saatlarla ona izah etdim. Ali Məhkəmədə Qriqoryanın işinə baxılarkən SSRİ DTK-nın əməkdaşı olan erməni əsilli Tsaturyan Moskvadakı rəhbərləri ilə danışarkən Ali Məhkəmənin hansı otağında yaxaladığımı da göstərdim. Sonra məni studiyaya dəvət edib təxminən 4 saat müsahibə götürdü. Bir müddətdən sonra hər seriyası 1 saat 20 dəqiqə olan 3 seriyalı film AzTV-də nümayiş etdirildi. Həmin filmdə mənə təxminən 1 dəqiqədən də az vaxt ayrıldı və bu vaxt tamaşaçıya verilən məlumat ancaq məni iş üzrə çıxış edən prokuror kimi təqdim etmək oldu. Bu R.Mehdiyev hiyləgərliyi idi, çünki o, çox yaxşı bilirdi ki, insanlar iş dövlət tərəfindən saxtalaşdırılırdısa həmişə günahın ilk növbədə prokurorda olduğunu düşünürdülər. Əvəzində filmdə o dövr Sumqayıtda yüksək vəzifə tutmuş, qorxusundan səsini belə çıxartmayan, Milli Məclisdə müstəqilliyimizin əleyhinə səs verən, sonralar Moskva qarşısında etdiyi bu xidmətlərinə görə Baş Nazirin 1-ci müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri işləmiş Əli Həsənov və işin batırılmasını birbaşa icra edən hakim Mənsur İbayev bolluca öz qəhrəmanlıqlarından danışdılar”.

A.İsmayılov bildirib ki, bundan sonra mətbuatda kütləvi şəkildə yalan məlumatlar yayılır ki, guya o 1988-ci ildə Sumqayıtın prokuroru olub və SSRİ DTK-sı tərəfindən o hadisələri təşkil etmək üçün Rusiyadan Sumqayıta göndərilib:

“İbrahim Məmmədov hələ bu məqsəd üçün sosial şəbəkələrdə Aqil Məmmədov adlı birisi vasitəsilə troll qruplar yaradaraq məni hədəfə aldılar. O dövrlər, yəni 1985-1990-cı illər isə Sumqayıtın prokuroru rəhmətlik İsmət Qayıbov olmuş, mən isə Azərbaycana ancaq 1989-cu ilin aprel ayında gəlmişəm və işin mürəkkəbliyini nəzərə alaraq Respublika Prokuroru rəhmətlik İlyas İsmayılov mənim əvvəllər hakim, məhkəmə sədri olduğumdan dövlət ittihamını müdafiə etməyi mənə tapşırmışdı. Bunların məqsədi məni qorxutmaq və Sumqayıt həqiqətlərini yaymaqdan çəkindirmək idi. Az sonra isə həqiqəti əks etdirən yazdığım kitabı kölgəyə salmaq üçün hadisələri təhrif edən “Azərbaycana qarşı Sumqayıt təxribatı – “Qriqoryan işi“ adlı kitab da məhz İ.Məmmədovun müəllifliyi və kitaba ön sözü yazmış R.Mehdiyevin elmi redaktorluğu ilə çap olundu.
Nəzərinizə çatdırım ki, kitabın təmtəraqlı təqdimatında ön sıralarda o dövr Baş Prokurorun birinci müavini olan Rüstəm Usubov, deputatlar, tarixçi alimlər iştirak ediblər”.

Gülşən Rəsul

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 21 Oktyabr 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see300

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see204

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see179

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see172

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see168

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see164

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see159

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see149

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see148

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see144

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see144

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see139

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri