İbtidai sinif müəllimlərinin YENİ PROBLEMİ Məktəbə yeni başlayan uşaqlar niyə türkcə danış…
Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu gün xüsusilə ibtidai sinif müəllimlərinin çətinlik çəkdikləri məsələlərdən biri də məktəbə yeni başlayan azyaşlıların türkcə danışmasıdır.
Belə ki, izlədikləri cizgi filmlərinə görə uşaqlar öz ana dillərindən çox türkcə danışır.Bu da onların məktəb həyatlarında, sosial mühitlərində çətinlik yaradır.Bizim.Media məsələylə bağlı ibtidai sinif müəllimi Sevda Məmmədovanın fikirlərini öyrənib.
MÖVZU İLƏ BAĞLI:İbtidai siniflərin İMTAHAN DƏRDİ - Dərs yükünün çoxluğu hansı FƏSADLARI yaradır?
Müəllim bu problemin səbəblərindən, o cümlədən, həll yollarından danışıb: “Təəssüflər olsun ki, belə hallar var.
Bunun da səbəbi əksər hallarda valideynlərin diqqətsizliyi, övladları ilə az ünsiyyətdə olmalarıdır.
Hal-hazırda şagirdlərim 3-cü sinifdə oxuyurlar. 1-ci sinfə gələndə türk sözlərindən daha çox istifadə edirdilər.
Biz müəllimlər valideynlərdən çox şagirdlərlə ünsiyyətdə oluruq və bunu aradan qaldırmaq üçün valideynlərlə yanaşı, şagirdlərin özləri ilə də iş aparırıq”.Müəllim bu halın aradan qaldırılması ilə bağlı həll metodunu da açıqlayıb: “Mən şagirdlərim hər dəfə belə sözlər işlədəndə iradımı bildirirəm və düzəliş edirəm.
Tam oxu
Xəbəri oxu