Icma.az
close
up
RU
İbtidai sinif müəllimlərinin YENİ PROBLEMİ Məktəbə yeni başlayan uşaqlar niyə türkcə danışır?

İbtidai sinif müəllimlərinin YENİ PROBLEMİ Məktəbə yeni başlayan uşaqlar niyə türkcə danışır?

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün xüsusilə ibtidai sinif müəllimlərinin çətinlik çəkdikləri məsələlərdən biri də  məktəbə yeni başlayan azyaşlıların türkcə danışmasıdır. Belə ki, izlədikləri cizgi filmlərinə görə uşaqlar öz ana dillərindən çox türkcə danışır.
Bu da onların məktəb həyatlarında, sosial  mühitlərində çətinlik yaradır.
Bizim.Media məsələylə bağlı ibtidai sinif müəllimi Sevda Məmmədovanın fikirlərini öyrənib.
 

MÖVZU İLƏ BAĞLI:
İbtidai siniflərin İMTAHAN DƏRDİ - Dərs yükünün çoxluğu hansı FƏSADLARI yaradır?


Müəllim bu problemin səbəblərindən, o cümlədən, həll yollarından danışıb:
“Təəssüflər olsun ki, belə hallar var. Bunun da səbəbi əksər hallarda valideynlərin diqqətsizliyi, övladları ilə az ünsiyyətdə  olmalarıdır. Hal-hazırda şagirdlərim 3-cü sinifdə oxuyurlar. 1-ci sinfə gələndə türk sözlərindən daha çox istifadə edirdilər. Biz müəllimlər valideynlərdən çox şagirdlərlə ünsiyyətdə oluruq və bunu aradan qaldırmaq üçün valideynlərlə yanaşı, şagirdlərin özləri ilə də iş aparırıq”.
Müəllim bu halın aradan qaldırılması ilə bağlı həll metodunu da açıqlayıb:
“Mən şagirdlərim hər dəfə belə sözlər işlədəndə iradımı bildirirəm və düzəliş edirəm. Hətta şagirdlər də özləri türk və ya qeyri dillərdə olan sözlər eşidəndə özləri səhvlərini düzəldirlər. Bu artıq adət halını alıb.

Bunu aradan qaldırmağın mühüm yollarından biri mütaliə etməkdir. Şagirdləri mütaliəyə cəlb etməliyik. Biz müəllim olaraq, şagirdlərə ilk növbədə öz dilimizi sevməyi, dilimizə hörmətlə yanaşmağı aşılamalıyıq. Həm şagirdlərlə, həm də valideynlərlə maarifləndirici söhbətlər aparmalıyıq. Bununla belə valideynlərə uşaqlarla daha çox vaxt keçirməli, onlarla daha çox ünsiyyətdə olmalarını tövsiyə edirəm.


Digər səbəblərindən biri isə Azərbaycanda uşaq televiziya kanallarının az olması və ya heç olmamasıdır”.
Nəzrin Mirzəyeva, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://bizim.media
archiveBu xəbər 06 Yanvar 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see232

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see221

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see211

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see170

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see166

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see158

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see156

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see145

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see144

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see137

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see136

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see135

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see134

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see133

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see132

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see131

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see128

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see126

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

18 Oktyabr 2025 06:28see122

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri