İcarəyə götürdüyü maşında yuxulayıb qəza törətdi: Qızı öldü

26.01.2026

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Culfa Rayon Məhkəməsində övladının ölümünə səbəb olan yol-nəqliyyat hadisəsində təqsirləndirilən Rahib Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə R.Həsənov 3 il 6 ay azadlıqdan məhrum edilib. Məhkəmə ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək, cəzasını şərti hesab edib.

İttihama görə, hadisə ötən il sentyabrın 9-da baş verib. Rahib Həsənov "Rent-a-car"dan icarəyə götürdüyü "Daewoo Nexia" avtomobili ilə ailə üzvlərini istirahətdən gətirərkən Naxçıvan-Ordubad avtomobil yolu ilə Ordubad rayonu istiqamətində hərəkətdə olarkən sükan arxasında yuxulayıb və avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb. Hadisə nəticəsində sürücü, onun həyat yoldaşı, anası və övladlarından biri xəsarət alıblar, qızı Rüqəyya Həsənova isə dünyasını dəyişib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью