İcarəyə götürdüyü maşında yuxulayıb qəza törətdi: Qızı öldü
Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Culfa Rayon Məhkəməsində övladının ölümünə səbəb olan yol-nəqliyyat hadisəsində təqsirləndirilən Rahib Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə R.Həsənov 3 il 6 ay azadlıqdan məhrum edilib. Məhkəmə ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək, cəzasını şərti hesab edib.
İttihama görə, hadisə ötən il sentyabrın 9-da baş verib. Rahib Həsənov "Rent-a-car"dan icarəyə götürdüyü "Daewoo Nexia" avtomobili ilə ailə üzvlərini istirahətdən gətirərkən Naxçıvan-Ordubad avtomobil yolu ilə Ordubad rayonu istiqamətində hərəkətdə olarkən sükan arxasında yuxulayıb və avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb. Hadisə nəticəsində sürücü, onun həyat yoldaşı, anası və övladlarından biri xəsarət alıblar, qızı Rüqəyya Həsənova isə dünyasını dəyişib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 26 Yanvar 2026 12:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















