Icma.az bildirir, Modern.az portalına istinadən. Gələn ilin dövlət büdcəsində icbari tibbi sığorta fonduna ayrılan vəsaitin azalması müzakir
Qanun layihəsinə görə, 1 milyard 416 milyon manatdan 900 milyon manata qədər azaldılıb.
Bəzi ekspertlər təxminən yarım milyon manatlıq azalmanı icbari tibbi sığortanın əhatə dairəsinin kiçildiləcəyi kimi şərh edib.
Məsələ ilə bağlı Modern.az-a danışan a Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli deyib ki, İcbari Tibbi Sığorta Fondunun vəsaitləri “İcbari Tibbi Sığorta haqqında” Qanuna müvafiq olaraq bir neçə mənbədən maliyyələşir.
Bu mənbələr arasında ən böyük həcmi dövlət büdcəsindən birbaşa transferlər təşkil edir.
Bu transferlər vasitəsilə əhalinin əhəmiyyətli bir hissəsinin icbari tibbi sığorta haqları dövlət büdcəsi tərəfindən ödənilir.
O bildirib ki, bundan əlavə olaraq, Fondun formalaşmasında digər mənbələr, sahələr də mühüm rol oynayır: “Bunlara dövlət proqramlarının icrasına cəlb olunan əhali qrupları və onları işlə təmin edən sahibkarlıq subyektləri və dövlət təşkilatları tərəfindən edilən ayırmalar, habelə pullu tibbi xidmətlərdən daxil olan vəsaitlər daxildir.
Bundan başqa, enerji içkiləri, tütün məmulatları və spirtli içkilərə tətbiq olunan aksiz vergiləri də Fondun maliyyə mənbələrinə daxildir.