Icma.az
close
up
RU
İcbari tibbi sığortada yarım milyon azalma SƏBƏB

İcbari tibbi sığortada yarım milyon azalma SƏBƏB

Icma.az bildirir, Modern.az portalına istinadən.

Gələn ilin dövlət büdcəsində icbari tibbi sığorta fonduna ayrılan vəsaitin azalması müzakirələrə səbəb olub. Qanun layihəsinə görə, 1 milyard 416 milyon manatdan 900 milyon manata qədər azaldılıb.

Bəzi ekspertlər təxminən yarım milyon manatlıq azalmanı icbari tibbi sığortanın əhatə dairəsinin kiçildiləcəyi kimi şərh edib. 

Məsələ ilə bağlı Modern.az-a danışan a Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli deyib ki, İcbari Tibbi Sığorta Fondunun vəsaitləri “İcbari Tibbi Sığorta haqqında” Qanuna müvafiq olaraq bir neçə mənbədən maliyyələşir. Bu mənbələr arasında ən böyük həcmi dövlət büdcəsindən birbaşa transferlər təşkil edir. Bu transferlər vasitəsilə əhalinin əhəmiyyətli bir hissəsinin icbari tibbi sığorta haqları dövlət büdcəsi tərəfindən ödənilir.

O bildirib ki, bundan əlavə olaraq, Fondun formalaşmasında digər mənbələr, sahələr də mühüm rol oynayır: 

“Bunlara dövlət proqramlarının icrasına cəlb olunan əhali qrupları və onları işlə təmin edən sahibkarlıq subyektləri və dövlət təşkilatları tərəfindən edilən ayırmalar, habelə pullu tibbi xidmətlərdən daxil olan vəsaitlər daxildir. Bundan başqa, enerji içkiləri, tütün məmulatları və spirtli içkilərə tətbiq olunan aksiz vergiləri də Fondun maliyyə mənbələrinə daxildir. Beləliklə, bu müxtəlif istiqamətlər üzrə toplanan vəsaitlər birlikdə İcbari Tibbi Sığorta Fondunu formalaşdırır”.

Deputat qeyd edib ki, dövlət büdcəsi hesabına maliyyələşən əhali qrupları arasında 18 yaşadək uşaqlar, 23 yaşa qədər ilk ali təhsil alan şəxslər, əmək qabiliyyəti məhdud şəxslər, pensiyaçılar yer alır:

“Bu əhali kateqoriyalarının hər biri üçün illik təxminən 200 manat məbləğində icbari tibbi sığorta haqqı dövlət tərəfindən qarşılanır. Qanuna əsasən, əmək müqaviləsi olmayan şəxslər və vətəndaşlığı olmayan şəxslər icbari tibbi sığorta haqlarını özləri ödəməlidirlər. Lakin praktiki baxımdan, icbari tibbi sığortanın tətbiqindən etibarən bu kateqoriyalara aid bir çox şəxslərin haqları da dövlət tərəfindən qarşılanmaqdadır”.

M.Məmmədli onu da əlavə edib ki, ilk baxışda dövlət büdcəsindən Fonda edilən transferlərin azaldığı təəssüratı yarana bilər:

“Lakin əslində isə, digər sahələrdən daxil olan vəsaitlərin həcminin artması və yeni maliyyə mənbələrinin cəlb olunması nəticəsində Fondun maliyyə vəsaitlərinin azalmasını yox, çeşidliliyinin artmasını müşahidə edəcəyik”. 

O, həmçinin vurğulayıb ki, zaman keçdikcə əmək müqavilələrinin sayının artması və şəffaflığın yüksəlməsi ilə İcbari Tibbi Sığorta Fondunun gəlir və vəsaitləri nəinki azalacaq, əksinə daha da artacaq:

“Bu, həm də əmək bazarında qeyri-şəffaf məşğulluq prosesinin də şəfaflaşmasına, əmək müqavilələrinin “ağardılmasına” və yeni məşğul əhali qruplarının yenidən leqal şəkildə əmək bazarına daxil olmasını daha da stimullaşdıracaqdır”,- deyə M.Məmmədli fikrini tamamlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Oktyabr 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri