Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq. 11-22 noyabr, 2024-cü il tarixlərində Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İq
Ziyarətçilər həmçinin Qız Qalasının sonuncu mərtəbəsindən şəhərin möhtəşəm panoramik mənzərəsini izləyə bilərlər.
Şirvanşahlar Sarayı Kompleksi – Tarixi xəzinə və eko-sənət İçərişəhərin digər UNESCO Dünya İrs Siyahısına daxil olan abidəsi - Şirvanşahlar Sarayı Kompleksi, ziyarətçilərə tarix və mədəniyyətlə dolu bir təcrübə təqdim edir.
Sarayda, qədim şəhərin memarlıq incəsənətini öyrənməklə yanaşı, qədim zərgərlik və nümezmatika nümunələrinin təqdim olunduğu “Xəzinə” muzey ekspozisiyasını da ziyarət etmək mümkündür.
Bundan əlavə, Şirvanşahlar Sarayında, 29 oktyabr-12 noyabr tarixlərində "Qurama Art: Zamanın Vəhdi" adlı sərgi keçiriləcək.
Bu sərgidə ənənəvi və rəqəmsal quramaların nümayişi ilə, ekoloji problemlərə və dayanıqlı “eko-dost” qurama sənətinə dair müasir yanaşmalar təqdim edilməkdədir.Bakı Fotoqrafiya Evi – Ekoloji İnstalyasiyalarBakı Fotoqrafiya Evi 5-30 noyabr tarixləri arasında "Qurama Art: EKO İnstalyasiya" adlı sərgiyə ev sahibliyi edəcək.
Sərgidə təqdim olunan instalyasiyalar vasitəsilə təbiətdəki tarazlıq və ahəng, ətraf mühitin mühafizəsi, sıfır tullantı yolu ilə yeni incəsənət nümunələrinin yaradılması, tarixi köklərimizin nümayişi, insanın həyata dair baxış fəlsəfəsini əhatə edən bir çox aspektlərə toxunulmuşdur.Yeraltı Hamam və Bəylər MəscidiYeraltı Hamam və Bəylər Məscidi də COP29 çərçivəsində açıq olacaq və ziyarətçilərə bu tarixi abidələr haqqında ətraflı məlumat veriləcək.
Hər iki məkan, İçərişəhərin qədim dövrlərindən bu günə qədər qorunan mədəniyyət nümunələri ilə zəngindir.Tahir Salahovun Ev Muzeyi – Əsərlərdə təbiət və iqlim dəyişiklikləriTahir Salahovun Ev Muzeyi, 7-26 noyabr tarixləri arasında sənətsevərlərə məşhur rəssamın üç fərqli sərgisi ilə ev sahibliyi edəcək: “Güllər” (7-13 noyabr), “Abşeron Motivləri” (13-19 noyabr), “Neft” (19-26 noyabr).