Icma.az
close
up
RU
İçərişəhərdə və Qalada COP29 zamanı ziyarətçiləri nələr gözləyir?

İçərişəhərdə və Qalada COP29 zamanı ziyarətçiləri nələr gözləyir?

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

11-22 noyabr, 2024-cü il tarixlərində Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı İçərişəhər və Qala Qoruqlarında, şəhərin sakinləri və ziyarətçilər üçün zəngin və müxtəlif proqramlar təqdim ediləcək.

"Report" xəbər verir ki, Azərbaycan mədəniyyətinin və təbii irsinin simvolu olan bu məkanlarda keçirilən tədbirlər, həm iqlim dəyişikliklərinə diqqət çəkməyi, həm də ölkənin zəngin tarixi və mədəniyyətini tanıtmağı hədəfləyir.

Qız Qalası – Bakının tarixi və memarlıq irsinin mərkəzi və onun sirləri

Bakı şəhərinin simvolu sayılan və UNESCO-nun Dünya İrs Siyahısında yer alan Qız Qalası ziyarətçiləri, burada, qədim Bakının tarixi və əfsanələri barədə videolarla tanış ola, tarixi abidənin memarlıq sirləri və simvolizmi ilə əlaqədar xüsusi məlumatlarla tanış ola bilərlər. Ziyarətçilər həmçinin Qız Qalasının sonuncu mərtəbəsindən şəhərin möhtəşəm panoramik mənzərəsini izləyə bilərlər. 

Şirvanşahlar Sarayı Kompleksi – Tarixi xəzinə və eko-sənət 

İçərişəhərin digər UNESCO Dünya İrs Siyahısına daxil olan abidəsi - Şirvanşahlar Sarayı Kompleksi, ziyarətçilərə tarix və mədəniyyətlə dolu bir təcrübə təqdim edir. Sarayda, qədim şəhərin memarlıq incəsənətini öyrənməklə yanaşı, qədim zərgərlik və nümezmatika nümunələrinin təqdim olunduğu “Xəzinə” muzey ekspozisiyasını da ziyarət etmək mümkündür. Bundan əlavə, Şirvanşahlar Sarayında, 29 oktyabr-12 noyabr tarixlərində "Qurama Art: Zamanın Vəhdi" adlı sərgi keçiriləcək. Bu sərgidə ənənəvi və rəqəmsal quramaların nümayişi ilə, ekoloji problemlərə və dayanıqlı “eko-dost” qurama sənətinə dair müasir yanaşmalar təqdim edilməkdədir.

Bakı Fotoqrafiya Evi – Ekoloji İnstalyasiyalar

Bakı Fotoqrafiya Evi 5-30 noyabr tarixləri arasında "Qurama Art: EKO İnstalyasiya" adlı sərgiyə ev sahibliyi edəcək. Sərgidə təqdim olunan instalyasiyalar vasitəsilə təbiətdəki tarazlıq və ahəng, ətraf mühitin mühafizəsi, sıfır tullantı yolu ilə yeni incəsənət nümunələrinin yaradılması, tarixi köklərimizin nümayişi, insanın həyata dair baxış fəlsəfəsini əhatə edən bir çox aspektlərə toxunulmuşdur.

Yeraltı Hamam və Bəylər Məscidi

Yeraltı Hamam və Bəylər Məscidi də COP29 çərçivəsində açıq olacaq və ziyarətçilərə bu tarixi abidələr haqqında ətraflı məlumat veriləcək. Hər iki məkan, İçərişəhərin qədim dövrlərindən bu günə qədər qorunan mədəniyyət nümunələri ilə zəngindir.

Tahir Salahovun Ev Muzeyi – Əsərlərdə təbiət və iqlim dəyişiklikləri

Tahir Salahovun Ev Muzeyi, 7-26 noyabr tarixləri arasında sənətsevərlərə məşhur rəssamın üç fərqli sərgisi ilə ev sahibliyi edəcək: “Güllər” (7-13 noyabr), “Abşeron Motivləri” (13-19 noyabr), “Neft” (19-26 noyabr). 

Marionet Teatrı – əbədi “Leyli və Məcnun” sevgi hekayəsi

Marionet Teatrı 16 və 23 noyabr tarixlərində məşhur “Leyli və Məcnun” tamaşasını təqdim edəcək. Bu tamaşa, mədəniyyət və sənətin harmoniya içində necə birləşdiyini nümayiş etdirir.

Maqsud İbrahimbəyovun Yaradıcılıq Mərkəzi – İqlim və Təbiət Mövzusunda Mühazirə

Maqsud İbrahimbəyovun Yaradıcılıq Mərkəzində ziyarətçilər yazıçının həyatını, yaradıcılığını və onun ədəbiyyata verdiyi töhfələri daha yaxından tanımaq imkanı əldə edirlər. 

Qala Qoruğu – “eko-dost” sənət növləri ilə bağlı sərgilər və ustad dərsləri

“Qurama Art: Zamanın Vəhdi” sərgisi 15-30 noyabr tarixlərində “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda davam edəcək. Qoruğun ziyarətçiləri həmçinin, “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə, Qala Qəsrinə, Açıq Səma Altında Muzeyə və “Tullantıdan Sənətə” muzeyinə də baş çəkə, duluzçuluq, keçə sənəti kimi ətraf mühitin qayğısına qalan ustad dərslərində iştirak edə bilərlər.

İçərişəhər və Qala qoruğunda keçiriləcək bu tədbirlər, COP29-a dəstək olaraq, həm Azərbaycanın zəngin mədəni irsini, həm də ekologiya və iqlim dəyişikliyi məsələlərində sənət və təbiətin əlaqəsini ön plana çıxarır. Ziyarətçilər bu unikallıqda mədəniyyətin və ekosistemin təzahürlərini həm öyrənə, həm də təbiətə dair daha dərin düşüncələrə dalacaqlar.

Ətraflı məlumat üçün: 

Turist Məlumat Mərkəzi - 012 505 94 15. 

(Muzeylərə bilet və bələdçi xidmərləri üçün) 

“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu – 012 459 14 37;  050 470 04 03

(Ustad dərslərinə rezervasiya üçün) 

Tahir Salahovun Ev Muzeyi – 012 492 10 80

Maqsud İbrahimbəyovun Yaradıcılıq Mərkəzi – 012 492 83 94

Marionet Teatrı - 012 505 65 80


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:262
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 Noyabr 2024 19:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri