İcra başçısı “İmişli” PFK nın nümayəndə heyəti ilə görüşdü Fotolar | Icma.az
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq. Sentyabrın 3-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev “İmişli” Peşəkar Fut
“Qafqazinfo” xəbər verir ki, görüşdə millət vəkili Səyyad Aran, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, “İmişli” PFK-nın prezidenti
Bildirilib ki, “İmişli” PFK Premyer Liqasına yüksəlib və burada ilk dəfə çıxış edir.
Bu, klubun özünü təsdiq etməsi ilə yanaşı, rayonun futbol ənənələrinin inkişafı baxımından da mühüm əhəmiyyət kəsb edir.
Görüş iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan İmişli şəhərindəki istirahət parkında ucaldılmış abidəsini ziyarət edib, abidənin önünə əklil qoyaraq dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Daha sonra İmişli RİH-in inzibati binasında futbolçularla görüş baş tutub.
İcra başçısı qonaqları salamlayaraq, klubun “Misli Premyer Liqası”na yüksəlməsini və Premyer Liqanın III turunda “Sabah” komandası üzərində qələbəsi münasibətilə “İmişli” klubunun kollektivini təbrik edib, həmçinin komandanın son dövrlərdə nümayiş etdirdiyi əzmkar və məqsədyönlü oyunlarını yüksək qiymətləndirib.
Çıxışında ümummilli lider Heydər Əliyevin idmana göstərdiyi diqqət və qayğıya toxunan icra başçısı qeyd edib ki, bu siyasət hazırda onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tam oxu
Xəbəri oxu