Icma.az
close
up
RU
İcra başçısı “İmişli” PFK nın nümayəndə heyəti ilə görüşdü Fotolar

İcra başçısı “İmişli” PFK nın nümayəndə heyəti ilə görüşdü Fotolar

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Sentyabrın 3-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev “İmişli” Peşəkar Futbol Klubunun rəhbərliyi və heyəti ilə görüş keçirib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə millət vəkili Səyyad Aran, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, “İmişli” PFK-nın prezidenti Kamran Eyyubov və klubun heyəti iştirak ediblər.

Bildirilib ki, “İmişli” PFK Premyer Liqasına yüksəlib və burada ilk dəfə çıxış edir. Bu, klubun özünü təsdiq etməsi ilə yanaşı, rayonun futbol ənənələrinin inkişafı baxımından da mühüm əhəmiyyət kəsb edir. Görüş iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan İmişli şəhərindəki istirahət parkında ucaldılmış abidəsini ziyarət edib, abidənin önünə əklil qoyaraq dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Daha sonra İmişli RİH-in inzibati binasında futbolçularla görüş baş tutub. İcra başçısı qonaqları salamlayaraq, klubun “Misli Premyer Liqası”na yüksəlməsini və Premyer Liqanın III turunda “Sabah” komandası üzərində qələbəsi münasibətilə “İmişli” klubunun kollektivini təbrik edib, həmçinin komandanın son dövrlərdə nümayiş etdirdiyi əzmkar və məqsədyönlü oyunlarını yüksək qiymətləndirib. Çıxışında ümummilli lider Heydər Əliyevin idmana göstərdiyi diqqət və qayğıya toxunan icra başçısı qeyd edib ki, bu siyasət hazırda onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O, rayon üzrə idmanın kütləviliyinin təmin olunması istiqamətində həyata keçirilən mühüm layihələrdən danışaraq vurğulayıb ki, idman, xüsusilə futbol, gənclər arasında sağlam həyat tərzinin təbliğində mühüm rol oynayır.

Digər çıxış edənlər klubun gələcək inkişafı, idmanın kütləviliyinin artırılması və gənclərin sağlam ruhda böyüməsinin vacibliyini diqqətə çatdırıblar.

Sonra Şəhidlərxiyabanı ziyarət olunub, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.

Sonda azarkeşlərlə görüş keçirilib, xatirə şəkilləri çəkdirilib, onları maraqlandıran suallar cavablandırılıb. Klub heyəti göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını ifadə ediblər.











Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:248
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 Sentyabr 2025 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see700

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see334

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see331

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see304

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see292

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see291

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see288

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see271

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see263

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see253

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see247

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see226

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see222

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see209

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see207

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see205

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see201

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri