Icma.az bildirir, Gununsesi portalına istinadən. Şəmkirin keçmiş icra başçısı və kənd təsərrüfatı nazirinin sabiq birinci müavini Aslan Asla
O, azadlığa çıxmaqdan ötrü bir daha məhkəməyə üz tutsa da, bugünlərdə yenə rədd cavabı alıb.
Gununsesi.info xəbər verir ki, V.Əliyev 2003-cü ilin mayından həbsdədir. O zaman onun 22 yaşı vardı.
Ruslan Aslanovun ölümünə görə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmüylə ona ömürlük həbs cəzası kəsilmişdi.
Ancaq 2021-ci ildə prezidentin əfv sərəncamıyla onun cəzası 25 illik həbslə əvəzləndi.
V.Əliyev 25 illik cəzanın da dörddə üç bölümünü çəkdiyinə dayanaraq vaxtından əvvəl azadlığa çıxmaqdan ötrü məhkəməyə üz tutsa da, Qaradağ rayon Məhkəməsi zərərçəkmiş tərəflə barışığın olmamasını əsas gətirib və onun ərizəsini təmin etməyib.
V.Əliyevin qərardan verdiyi şikayətə martın 5-də Bakı Apellyasiya Məhkəməsində baxılıb, ancaq nəticə dəyişməyib və qərar qüvvədə saxlanılıb.
Məhkumun anası Məlahət İsmayılova bu qərarı ədalətsiz sayır. Onun fikrincə, oğlunu sifarişlə azadlığa çıxmağa qoymurlar.