Icma.az
close
up
RU
İcra başçısının oğlunun qətlinə görə 22 ildir həbsdə olan şəxsin anası: Güman ki, sifariş var...

İcra başçısının oğlunun qətlinə görə 22 ildir həbsdə olan şəxsin anası: Güman ki, sifariş var...

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Şəmkirin keçmiş icra başçısı və kənd təsərrüfatı nazirinin sabiq birinci müavini Aslan Aslanovun oğlunun qətlində suçlanan Vüqar Əliyev 22 ildir həbsdədir. O, azadlığa çıxmaqdan ötrü bir daha məhkəməyə üz tutsa da, bugünlərdə yenə rədd cavabı alıb.

Gununsesi.info xəbər verir ki, V.Əliyev 2003-cü ilin mayından həbsdədir. O zaman onun 22 yaşı vardı. Ruslan Aslanovun ölümünə görə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmüylə ona ömürlük həbs cəzası kəsilmişdi. Ancaq 2021-ci ildə prezidentin əfv sərəncamıyla onun cəzası 25 illik həbslə əvəzləndi.

V.Əliyev 25 illik cəzanın da dörddə üç bölümünü çəkdiyinə dayanaraq vaxtından əvvəl azadlığa çıxmaqdan ötrü məhkəməyə üz tutsa da, Qaradağ rayon Məhkəməsi zərərçəkmiş tərəflə barışığın olmamasını əsas gətirib və onun ərizəsini təmin etməyib.

V.Əliyevin qərardan verdiyi şikayətə martın 5-də Bakı Apellyasiya Məhkəməsində baxılıb, ancaq nəticə dəyişməyib və qərar qüvvədə saxlanılıb.

Məhkumun anası Məlahət İsmayılova bu qərarı ədalətsiz sayır. Onun fikrincə, oğlunu sifarişlə azadlığa çıxmağa qoymurlar.

M.İsmayılova yada salır ki, Avropa Məhkəməsi də V.Əliyevin işi üzrə məhkəmə prosesinin obyektiv, ədalətli keçirilmədiyini təsdiqləyib.

Avropa Məhkəməsi ötən ilin iyununda V.Əliyev haqqındakı hökmdən verilmiş şikayət üzrə qərar çıxarıb. Qərarda V.Əliyevin ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu tanınıb. Bu pozuntuya görə hökumətin üzərinə ona 5 min 500 avro kompensasiya ödəmək öhdəliyi qoyulub.

Avropa Məhkəməsinin qərarından sonra V.Əliyev işinə yenidən baxılmasından ötrü Ali Məhkəmənin Plenumuna müraciət edib:

“Hələ ki, Plenumdan xəbər yoxdur. Vüqarın əfv olunub azadlığa buraxılması üçün müraciət etmək istəyirik, deyirlər ki, olmaz. Çünki bir dəfə əfv olunub – ömürlük 25 illə əvəzlənib. Bu adamın gəncliyi çürüdü. Həbsxanada davranışına görə ona təşəkkürnamə verilib. Bu adamı niyə daha çox çürüdürlər orada? Güman ki, sifariş var, o üzdən buraxmırlar”.

Gununsesi.info

(AzadlıqRadiosu)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 12 Mart 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see404

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see387

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see336

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see300

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see299

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see293

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see259

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see258

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see231

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see223

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see209

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see179

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see179

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see170

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see151

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see139

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see133

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see130

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri