İcraçı direktor: İki ilə yaxın dövr ərzində BTQ uğur qazanıb

29.03.2025

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

"Bakı Təşəbbüs Qrupu 2 ilə yaxındır fəaliyyətə başlayıb. İki ilə yaxın dövr ərzində BTQ 20-dən çox beynəlxalq tədbir keçirib".

Bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov BTQ-nin təşkilatçılığı ilə keçirilən "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, bu gün keçirilən tədbir 25-ci tədbirdir: “Bizim hələ 2 yaşımız tamam olmayıb. Bu, başladığımız yolda bizim uğurumuzdur”.

A. Abbasov bildirib ki, Bakı Təşəbbüs Qrupu 2 il ərzində 6 memorandum imzalayıb və bu gün 7-ci memorandumun imzalanması gözlənilir.

İcraçı direktor vurğulayıb ki, bu dövr ərzində 10-dan çox hesabat hazırlanıb və beynəlxal qurumlara təqdim edilib: ”Fərqli beynəlxalq platformalarda bəyanatlar, hesabatlarla çıxış etmiş, uğur qazanmışıq. Fransa hökumətindən fərqli olaraq, bizim hər addımımız beynəlxaql hüquq çərçivəsindədir”.

"Cebheinfo.az" 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью