İcraçı direktor: İki ilə yaxın dövr ərzində BTQ uğur qazanıb
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
"Bakı Təşəbbüs Qrupu 2 ilə yaxındır fəaliyyətə başlayıb. İki ilə yaxın dövr ərzində BTQ 20-dən çox beynəlxalq tədbir keçirib".
Bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov BTQ-nin təşkilatçılığı ilə keçirilən "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, bu gün keçirilən tədbir 25-ci tədbirdir: “Bizim hələ 2 yaşımız tamam olmayıb. Bu, başladığımız yolda bizim uğurumuzdur”.
A. Abbasov bildirib ki, Bakı Təşəbbüs Qrupu 2 il ərzində 6 memorandum imzalayıb və bu gün 7-ci memorandumun imzalanması gözlənilir.
İcraçı direktor vurğulayıb ki, bu dövr ərzində 10-dan çox hesabat hazırlanıb və beynəlxal qurumlara təqdim edilib: ”Fərqli beynəlxalq platformalarda bəyanatlar, hesabatlarla çıxış etmiş, uğur qazanmışıq. Fransa hökumətindən fərqli olaraq, bizim hər addımımız beynəlxaql hüquq çərçivəsindədir”.
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 29 Mart 2025 10:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















