İctimai iştirakçılıqla bağlı Alternativ Hesabatın təqdimatı olub | Icma.az
Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
17 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Cəmiyyətin İnkişаfı Mərkəzi” İctimаi Birliyinin həyata keçirdiyi “İctimai iştirakçılığın təkmilləşdirilməsi” layihəsinin fəaliyyət planı çərçivəsində növbəti tədbir baş tutmuşdur.
Belə ki, Merkuri Hotelin konfrans zalında “Ölkədə ictimai iştirakçılıqla bağlı vəziyyəti və perspektivlər” mövzusuna və Alternativ Hesabatın təqdimatına həsr olunmuş konfrans keçirilmişdir.
Konfransın moderatoru “Vətəndaşların Sosial Rifahı naminə” İB-nin sədri İradə İrzazadə giriş sözü ilə tədbir iştirakçılarının salamlayaraq, layihə və mövzu barədə qısa məlumat verdi.
Daha sonra “Cəmiyyətin İnkişafı Mərkəzi” İB-nin sədri Əhməd N.
Abbasbəyli layihəyə və tədbirə göstərdikləri maraq və diqqətə görə iştirakçılara təşəkkürünü bildirərək, həyata keçirdikləri fəaliyyət barədə qısa məlumat verib.
Tədbirin gündəliyinə uyğun olaraq mövzular üzrə çıxışlara başlanılıb.
İlk məruzəçi Konstitusiya Araşdırmları Fondunun Prezidenti Əliməmməd Nuriyev “Qanunvericlik və təkmilləşrirlmə ilə bağlı təkilflər” mövzusunda çıxış edərək, ictimai iştirakçılıqla tənzimləyən qanuinvericliyin təhlili, onun daha da təkmilləşdirlməsi ilə bağlı fikirlərini diqqətə çatdırmışdır.
Tam oxu
Xəbəri oxu