Icma.az
close
up
RU
İctimai iştirakçılıqla bağlı Alternativ Hesabatın təqdimatı olub

İctimai iştirakçılıqla bağlı Alternativ Hesabatın təqdimatı olub

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

17 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Cəmiyyətin İnkişаfı Mərkəzi” İctimаi Birliyinin həyata keçirdiyi “İctimai iştirakçılığın təkmilləşdirilməsi” layihəsinin fəaliyyət planı çərçivəsində növbəti tədbir baş tutmuşdur. Belə ki, Merkuri Hotelin konfrans zalında “Ölkədə ictimai iştirakçılıqla bağlı vəziyyəti və perspektivlər” mövzusuna və Alternativ Hesabatın təqdimatına həsr olunmuş konfrans keçirilmişdir. Konfransın moderatoru “Vətəndaşların Sosial Rifahı naminə” İB-nin sədri İradə İrzazadə giriş sözü ilə tədbir iştirakçılarının salamlayaraq, layihə və mövzu barədə qısa məlumat verdi. Daha sonra “Cəmiyyətin İnkişafı Mərkəzi” İB-nin sədri Əhməd N. Abbasbəyli layihəyə və tədbirə göstərdikləri maraq və diqqətə görə iştirakçılara təşəkkürünü bildirərək, həyata keçirdikləri fəaliyyət barədə qısa məlumat verib.

Tədbirin gündəliyinə uyğun olaraq mövzular üzrə çıxışlara başlanılıb. İlk məruzəçi Konstitusiya Araşdırmları Fondunun Prezidenti Əliməmməd Nuriyev “Qanunvericlik və təkmilləşrirlmə ilə bağlı təkilflər” mövzusunda çıxış edərək, ictimai iştirakçılıqla tənzimləyən qanuinvericliyin təhlili, onun daha da təkmilləşdirlməsi ilə bağlı fikirlərini diqqətə çatdırmışdır. İkinci mövzu “İctimai İştirakçılqla bağlı real vəziyyət”lə idi, bununla bağlı həyata keçirilən, araşdırma və sorğunuu nəticələri iştirakçılara təqdim edildi. Növbəti mövzu üzrə ATXƏM İB-nin sədri İlham İsmayılov İctimai Şuraların təkmilləşdirilməsi ilə bağlı təkliflləri səsləndirib.

Nəhayət layihə faəliyyətinin əsas nəticəsi olan Alternativ Hesabatın təqdimatı olub. Hesabat barədə ətraflı məlumat verən Əhməd N. Abbasbəyli bu sənədin ictimai iştiarkçılığın mövcud vəziyyətinin öyrənilməsi, beynəlxalq təcrübənin öyrənilməsi, mütərəqqi nümunələrin tədbiqi və ölkəmizdə ictimai iştirakçılığın təkmilləşdirlməsi baxımından həm dövlət orqanlarının, həm də VCİ-nin istifadə edə biləcəyi əhəmiyyətli sənəd olduğunu diqqətə çatdırıb. O, həmçinin bildirib ki, bu sahədə əvvəllər də müxtəlif araşdırmalar aparılsa da, lakin mövzunun daha geniş əhatə olunması, araşdırmaların miqyası və beynəlxalq təcrübənin öyrənilməsi baxımından əvvəlkilərdən ciddi şəkildə fərqlənir.

Konfransda Milli Məclisin üzvləri – Arzuxan Əlizadə, Aydın Hüseynov, bir sıra dövlət orqanlarının nümayəndələri, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndəsi Mənzurə Mustafazadə, dövlət orqanları yanında fəaliyyət göstərən İctimai Şuraların üzvləri, QHT sədrləri, KİV nümayəndələri iştirak ediblər. Müzakirələr zamanı, millət vəkili Arzuxan Əlizadə, DİM mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşı Rasim Həsənov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini Şahin Rzayev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Ulduz Sadıqova, QHT Forumunun İdarə Heyətinin sədri Ramin İsgəndərli, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yanında İctimai Şuranın sədri Anar Xəlilov, QHT sədrləri Mirvari Qəhrəmanlı, Rafiq İsmayılov, Rauf Zeyni, Səadət Bənanyarlı, Həmid Xəlilov,Əbülfəz Rzayev və s. çıxış edərək, mövzu ilə bağlı fikirlərini bildiriblər və bu sahədə olan problemlərdən, görülən işlərdən danışıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 18 İyul 2025 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see336

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see287

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see282

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see270

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see253

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see249

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see232

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see232

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see217

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see217

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see212

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see209

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see208

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see207

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see207

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see207

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see206

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see200

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see190

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri