İctimai rəyin gücü: sosial media və jurnalistikanın strateji rolu | Icma.az
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. 6.3.4.
ictimai və dövlət maraqlarının müdafiəsi Müasir informasiya cəmiyyətində ictimai rəyin formalaşması prosesi heç vaxt olmadığı qədər sürətli və təsirli şəkildə baş verir.
Bunun əsas səbəbi isə texnologiyanın inkişafı, sosial şəbəkələrin geniş yayılması və kütləvi informasiya vasitələrinin bu platformalara inteqrasiya olunmasıdır.
Artıq hər bir fərd öz sosial media hesabı vasitəsilə informasiya yayımlaya bilir və bununla da ictimai rəyə birbaşa təsir göstərir.
Lakin bu şəraitdə informasiya məkanının sağlam və faydalı şəkildə idarə olunması məsələsi aktuallaşır.
Burada əsas rol isə jurnalistlərə və peşəkar media qurumlarına düşür.
Onların əsas vəzifəsi cəmiyyəti dəqiq, obyektiv və faydalı informasiyalarla təmin etmək, sosial şəbəkələrdə yayılan manipulyativ, yanlış və cəmiyyətin inkişafına zidd olan məzmunlara qarşı alternativ yaratmaqdır.
Sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində aparılan kampaniyalar vasitəsilə ictimai rəyin formalaşdırılması prosesi, bu prosesdə jurnalistlərin və medianın üzərinə düşən məsuliyyət, eləcə də sosial medianın informasiya məkanındakı rolu isə təhlili vacib məsələdir.Son illərdə informasiya texnologiyalarının sürətli inkişafı və sosial medianın gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi ilə bərabər, ictimai rəyin formalaşması prosesi də köklü şəkildə dəyişib.
Tam oxu
Xəbəri oxu