Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

İran rejimi legitimliyini itirir ŞƏRH

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

İctimai rəyin gücü: sosial media və jurnalistikanın strateji rolu

İctimai rəyin gücü: sosial media və jurnalistikanın strateji rolu

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi

Müasir informasiya cəmiyyətində ictimai rəyin formalaşması prosesi heç vaxt olmadığı qədər sürətli və təsirli şəkildə baş verir.

Bunun əsas səbəbi isə texnologiyanın inkişafı, sosial şəbəkələrin geniş yayılması və kütləvi informasiya vasitələrinin bu platformalara inteqrasiya olunmasıdır. Artıq hər bir fərd öz sosial media hesabı vasitəsilə informasiya yayımlaya bilir və bununla da ictimai rəyə birbaşa təsir göstərir. Lakin bu şəraitdə informasiya məkanının sağlam və faydalı şəkildə idarə olunması məsələsi aktuallaşır. Burada əsas rol isə jurnalistlərə və peşəkar media qurumlarına düşür. Onların əsas vəzifəsi cəmiyyəti dəqiq, obyektiv və faydalı informasiyalarla təmin etmək, sosial şəbəkələrdə yayılan manipulyativ, yanlış və cəmiyyətin inkişafına zidd olan məzmunlara qarşı alternativ yaratmaqdır. Sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində aparılan kampaniyalar vasitəsilə ictimai rəyin formalaşdırılması prosesi, bu prosesdə jurnalistlərin və medianın üzərinə düşən məsuliyyət, eləcə də sosial medianın informasiya məkanındakı rolu isə təhlili vacib məsələdir.

Son illərdə informasiya texnologiyalarının sürətli inkişafı və sosial medianın gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi ilə bərabər, ictimai rəyin formalaşması prosesi də köklü şəkildə dəyişib. Əvvəllər bu vəzifəni əsasən ənənəvi media – televiziya, radio və qəzetlər həyata keçirirdisə, bu gün artıq sosial şəbəkələr ictimai rəyə yön verən əsas platformalara çevrilib. Bu mühitdə informasiya sürətlə yayılır, ancaq eyni zamanda manipulyasiya və dezinformasiya riski də artır.Belə bir şəraitdə informasiya təhlükəsizliyi və düzgün ictimai maarifləndirmə məsələsi xüsusi aktuallıq kəsb edir. Sosial medianın "açıq tribunaya" çevrildiyi bir dövrdə jurnalistlərin rolu daha da strateji xarakter alır. Peşəkar media nümayəndələri yalnız informasiyanı çatdırmaqla kifayətlənməməli, həm də onun ictimai təsirini nəzərə alaraq, cəmiyyət üçün yönverici və faydalı informasiya mühiti yaratmalıdırlar. Bu, təkcə jurnalist etikası deyil, həm də informasiya cəmiyyətində məsuliyyət anlayışıdır.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən media eksperti Yadigar Məmmədli bildirib ki, sosial şəbəkələr və KİV vasitəsilə ictimai rəyin formalaşdırılması müasir informasiya dövrünün ən aktual məsələlərindən biridir. Bu proses təkcə texnologiyaların inkişafı ilə bağlı deyil, həm də informasiya axınının intensivləşməsi və onun düzgün yönləndirilməsinin vacibliyi ilə əlaqədardır. Bu baxımdan, jurnalistlərin və ümumiyyətlə medianın üzərinə mühüm missiya düşür:

"Cəmiyyətin məlumatlandırılması, ictimai rəyin düzgün informasiya ilə formalaşdırılması jurnalistikanın əsas funksiyalarındandır. Bu, sadəcə xəbəri çatdırmaq deyil, həm də cəmiyyətin inkişafına töhfə verən, faydalı, obyektiv və balanslaşdırılmış informasiyanın təqdim olunması deməkdir. Sosial şəbəkələr sürətlə inkişaf edir və artıq hər bir şəxs bu platformalarda müəyyən mənada informasiya yayımçısına çevrilib. Lakin bu, həm də böyük risklər yaradır. Bəzən sosial şəbəkələrdə cəmiyyət üçün zərərli, yönəldici və inkişafdan uzaq mövzular süni şəkildə gündəmə gətirilir. Ənənəvi media və peşəkar jurnalistlər isə bu mənzərədə daha obyektiv və maarifləndirici informasiya ilə ön plana çıxmalıdırlar".

Onun sözlərinə görə, müasir dövrdə televiziya, yazılı və elektron KİV-lər sosial şəbəkələrdə aktiv şəkildə təmsil olunur. Bu da onların auditoriya ilə birbaşa və operativ təmas qurmasına şərait yaradır. Bu imkanlardan istifadə edərək jurnalistlər sosial şəbəkələrdə yayılan yanlış, manipulyativ və zərərli məlumatların qarşısını obyektiv və dəyərli məzmun təqdim etməklə ala bilərlər. Vacib olan budur ki, sosial şəbəkələrdə yayılan keyfiyyətsiz kontentə qarşı mübarizə aparmaq üçün biz daha yaxşı kontent, daha dolğun və maraqlı xəbərlər təqdim etməliyik:

"Unutmaq olmaz ki, neqativ hadisələr hər zaman olur və onların ictimai müzakirəsi təbiidir. Lakin bu hadisələri süni şəkildə şişirtmək və əsas gündəm mövzusuna çevirmək həm cəmiyyətə, həm də dövlətin maraqlarına zərər vura bilər. Bu baxımdan, jurnalistlərin peşəkarlığı, obyektivliyi və sosial məsuliyyəti daha da ön plana çıxır. Nəticə etibarilə, informasiya məkanında cəmiyyətin sağlam inkişafı üçün sosial şəbəkələr və KİV-lər arasında balansın qorunması, jurnalistlərin isə bu sahədə məsuliyyətli və peşəkar mövqe sərgiləməsi olduqca vacibdir. Gündəmi təyin edən, cəmiyyətə istiqamət verən güc peşəkar mediada olmalıdır".

Yadigar Məmmədli: Jurnalistlər cəmiyyəti yalnız məlumatlandırmamalı, eyni zamanda maarifləndirməlidir

Son olaraq media eksperti qeyd edib ki, sosial şəbəkələr və kütləvi informasiya vasitələri bu gün ictimai fikrin formalaşmasında ən təsirli vasitələrdən birinə çevrilib. Lakin bu gücdən düzgün istifadə olunmadıqda, cəmiyyətin informasiya məkanında xaos, çaşqınlıq və dezinformasiya yaranır. Bu baxımdan, jurnalistlərin və media qurumlarının üzərinə böyük məsuliyyət düşür:

"Jurnalistlər cəmiyyəti yalnız məlumatlandırmamalı, eyni zamanda maarifləndirməli, gündəmi sağlam və faydalı informasiyalarla formalaşdırmalıdırlar. Sosial şəbəkələrdə yayılan təsadüfi və bəzən zərərli kontentin qarşısını almağın ən təsirli yolu – daha keyfiyyətli, daha peşəkar və obyektiv məzmun təqdim etməkdir. Bu isə yalnız peşəkar media orqanlarının və məsuliyyətli jurnalistlərin fəaliyyəti ilə mümkündür. Gündəmin hansı istiqamətdə formalaşacağı və cəmiyyətin hansı informasiya ilə yönlənəcəyi, böyük ölçüdə mediamızın seçiminə bağlıdır. Məhz buna görə də, informasiya müharibəsinin getdiyi dövrdə, medianın və jurnalistlərin rolu daha da əhəmiyyət qazanır".

Əli Hüseynov

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 18 Aprel 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see270

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see257

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see216

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see209

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see205

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see191

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see187

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see178

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see174

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see166

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see165

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see149

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see146

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see144

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see143

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see137

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see135

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri