Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan mediasında paylaşılan şou-biznes xəbərlərinin insanları daha çox cəlb etdiyini desək, heç yanılmarıq.
Xüsusi dinamikliyi ilə seçilən şou materiallar mətbuata əməlli-başlı reytinq qazandırır.
Şou xəbərlərini həm bu sahədə ixtisaslaşan saytlar, həm də özünü ciddi informasiya resursu hesab edən media qurumları yayır.
Di gəl, nədənsə mətbuatda şou xəbəri bir növ “yüngül” görmək, etik normaları gözləməmək, sənət adamlarının məhz intim həyatını önə çəkmək ənənəsi yaranıb.
Sanki şou-biznes sahəsində çalışanlar yalnız qeyri-ciddi, qərəzli yazılar hazırlamaqla məşğuldurlar. Bəs bu vəziyyətin arxasında nə dayanır?
Mövzu ilə bağlı Gununsesi.info -ya danışan “Report” Media Məktəbinin rəhbəri, media eksperti İsmayıl Rafiqoğlu bildirib ki, Azərbaycanın media məkanında şou xəbərlərin təqdimatı bəlkə də ən ağrılı məsələlərdən biridir.
“Özünü sanballı KİV hesab edən bir çox saytlarda da şou materialların səviyyəsi olduqca aşağıdır.