Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

İran rejimi legitimliyini itirir ŞƏRH

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Saça yapışan saqqızdan qurtulmağın yolları

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

İctimaiyyətdə “şou xəbər mütləq səviyyəsiz olmalıdır” fikri niyə formalaşıb?

İctimaiyyətdə “şou xəbər mütləq səviyyəsiz olmalıdır” fikri niyə formalaşıb?

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan mediasında paylaşılan şou-biznes xəbərlərinin insanları daha çox cəlb etdiyini desək, heç yanılmarıq.

Xüsusi dinamikliyi ilə seçilən şou materiallar mətbuata əməlli-başlı reytinq qazandırır.

Şou xəbərlərini həm bu sahədə ixtisaslaşan saytlar, həm də özünü ciddi informasiya resursu hesab edən media qurumları yayır. Di gəl, nədənsə mətbuatda şou xəbəri bir növ “yüngül” görmək, etik normaları gözləməmək, sənət adamlarının məhz intim həyatını önə çəkmək ənənəsi yaranıb.

Sanki şou-biznes sahəsində çalışanlar yalnız qeyri-ciddi, qərəzli yazılar hazırlamaqla məşğuldurlar.

Bəs bu vəziyyətin arxasında nə dayanır?

Mövzu ilə bağlı Gununsesi.info -ya danışan “Report” Media Məktəbinin rəhbəri, media eksperti İsmayıl Rafiqoğlu bildirib ki, Azərbaycanın media məkanında şou xəbərlərin təqdimatı bəlkə də ən ağrılı məsələlərdən biridir.

“Özünü sanballı KİV hesab edən bir çox saytlarda da şou materialların səviyyəsi olduqca aşağıdır. Hətta ictimaiyyətdə “şou xəbər mütləq səviyyəsiz olmalıdır” fikri formalaşıb. Mətbuat da elə bil bu fikrin reallığa çevrilməsində maraqlıdır.

“Şou nədir? Şou xəbər və ya material necə olmalıdır? “Maqazin” verilişlərinin formatı necə olmalıdır” kimi suallar barədə hər halda düşünməyinə dəyər.

Əslində, şou dediyimiz bu nəsnə mədəniyyətin, sənətin bir hissəsidir. Sadəcə hansısa sənətçi barədə verilən xəbər tam başqa formada təqdim edilir. Burada məqsəd daha çox reytinq qazanmaq, materialı daha cəlbedici formada verməyi ehtiva edir. İstənilən hadisədən, xəbərdən şou yaratmaq olar”– deyə media eksperti qeyd edib.

İ.Rafiqoğlunun fikrincə, bu gün hansısa yeni filmin təqdimatı, idman turnirinin start götürməsi, böyük beynəlxalq tədbirlərin işıqlandırılması şou formatında olur: “Məsələn, futbol üzrə dünya çempionatı çox cəlbedici bir şoudur. Hamının gözü bu turnirdədir. Oyunların gedişatı, stadionda üz-gözünü rəngləmiş azarkeşlər, xüsusi zövqlə bəzədilmiş arenalar, millinin formasını geyinən gözəl xanımlar bu şounun ayrılmaz hissəsidir. Hətta oyundan sonra küçələrdə komandasının qələbəsini qeyd edən fanatların davranışı belə insanlara qeyri-adi hislər yaşadır. Hansısa qalmaqal belə cəmiyyətdə normal qarşılanır.

Səviyyəsiz şou xəbər dedikdə isə daha çox hansısa tanınmış simanın sosial mediada paylaşımını bəzəyib onu “şok” materiala çevirən medianın fəaliyyəti nəzərdə tutulur.

Gözəl bir şou yaratmaq özü bir sənətdir. Tam başqa bir yanaşma tələb edir. PR tarixində olmuş hadisəni qeyd etmək istərdim.

Hansısa şirkəti reklam etmək, tanıtdırmaq istəyən bir mütəxəssis həmin qurumun reklam plakatlarını rəngə boyamaq, dağıtmaqla şou yaradıb. Hətta bu şirkətə qarşı “nifrətini” göstərmək üçün tanınmış bloqçuları da həmin prosesə dəvət edib. Bir tərəfdən vandalizm aktı olub, digər tərəfdən isə hamı bu şirkətdən danışıb. Bir növ şou yaradıb, həm də boyun olduğu işi görə bilib”.

Ekspert vurğulayıb ki, Azərbaycanda şou xəbərlərin aşağı səviyyədə olması kadr seçimində strategiyanın doğru qurulmamasına bağlıdır.

“Şou xəbərdə çalışan əməkdaşlar hər hansı iqtisadi, siyasi, ictimai proseslərdən baş çıxarmasına ehtiyac duymurlar. Heç mədəniyyət üzrə bilik də olmasa, keçərlidir. Sadəcə sənət əhli ilə sıx əlaqədə işləməsi bəs edər. Sənəti ilə özünü tanıda bilməyənlər isə reklam naminə növbəti dəfə sosial mediada yalan və ya yararsız məlumat paylaşmağa hər an hazırdırlar. Reytinq toplamaq üçün çalışan jurnalist də bu xəbəri tirajlamaqda maraqlıdır. Xəbəri hərdən birbaşa mediaya da ötürmək olar. Kim ilk paylaşdısa, reytinqi də o yığacaq.

Xəbərlərin səviyyəsizliyi bir yana qalsın, hətta təqdimat forması da qüsurlu olur. Səbəbi də aydındır. Çox zaman heç bir xarici dil bilməyən aşağı intellektual düşüncəli əməkdaş Türkiyə saytlarından əldə etdiyi şou xəbəri tərcümə proqramında Azərbaycan dilinə çevirərək sayta yerləşdirir. Bu halda Hollivud ulduzu Nikol Kidmanı elə ingilis dilində “Nicole Kidman” kimi verilir, çünki hansısa adı uyğunlaşdırmaq, hətta Nikolun həm aktrisa, həm də prodüser olduğunu qeyd etmək də zaman və bacarıq tələb edir. Bir sözlə, çox bilik tələb edən şou xəbər sferasında nədənsə daha çox autsayderlər çalışırlar.

Bu məqamda “Şeytan Prada geyinir” filmini xatırlamaq yerinə düşərdi. Film yüksək moda üzrə ixtisaslaşan jurnalda gedən proseslərə həsr olunub. Baş qəhrəman Andrea (Endi) Saks özünü jurnalistikada təsdiqləmək üçün bir müddət həmin bu şou sahəsində işləməli olur. Çətinlikləri dəf etmək elə də asan başa gəlmir”– deyə ekspert əlavə edib.

Dünyada şou jurnalistikasının güc-qüvvə tələb edən bir sahə olduğuna toxunan İ.Rafiqoğlu sonda vurğulayıb ki, Azərbaycanda isə bu sahəyə yönələn insanların bilik və bacarığı heç də həmişə yüksək olmur.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 13 Yanvar 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see248

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see207

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see202

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see185

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see177

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see164

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see163

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see155

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see139

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see136

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri