İdmançılarımız Türkiyə turnirində 4 medal qazandılar

16.08.2026

Icma.az, Sportal.az saytına istinadən bildirir.

Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Türkiyənin Yalova şəhərində keçirilən beynəlxalq turnirdə uğurla çıxış ediblər.

Sportal.az xəbər verir ki, təmsilçilərimiz yarışda 4 medal qazanıblar. Vaqif Babayevlə Şakir Qədirov komanda yarışında ikinci, Banu İmanverdizadə ilə Sofiya Trofimenko üçüncü yeri tutub.

Şəxsi mübarizədə isə Vaqif Babayev və Şakir Qədirov (U-15) bürünc mukafata yiyələnib. Tennisçilərimiz məşqçilər Billurə Eminova və Zakir Cavadovun rəhbərliyi ilə avqustun 8-dən 14-dək Yalovada təşkil olunan beynəlxalq təlim-məşq toplanışına da qatılıblar. Qeyd edək ki, turnirdə Türkiyə, Qazaxıstan, Rumıniya, Bolqarıstan və Estoniya idmançıları mübarizə aparıblar.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью