İdmançılarımız Türkiyə turnirində 4 medal qazandılar
Icma.az, Sportal.az saytına istinadən bildirir.
Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Türkiyənin Yalova şəhərində keçirilən beynəlxalq turnirdə uğurla çıxış ediblər.
Sportal.az xəbər verir ki, təmsilçilərimiz yarışda 4 medal qazanıblar. Vaqif Babayevlə Şakir Qədirov komanda yarışında ikinci, Banu İmanverdizadə ilə Sofiya Trofimenko üçüncü yeri tutub.
Şəxsi mübarizədə isə Vaqif Babayev və Şakir Qədirov (U-15) bürünc mukafata yiyələnib. Tennisçilərimiz məşqçilər Billurə Eminova və Zakir Cavadovun rəhbərliyi ilə avqustun 8-dən 14-dək Yalovada təşkil olunan beynəlxalq təlim-məşq toplanışına da qatılıblar. Qeyd edək ki, turnirdə Türkiyə, Qazaxıstan, Rumıniya, Bolqarıstan və Estoniya idmançıları mübarizə aparıblar.
Bu mövzuda digər xəbərlər:İdmançılarımız İslamiadada daha 4 medal qazandılar
20 Noyabr 2025 21:26
İdmançılarımız Portuqaliyada qızıl medal qazandılar
24 Mart 2025 12:01
İdmançılarımız daha 3 medal qazandılar
15 Noyabr 2025 09:58
İdmançılarımız Türkiyədə iki qızıl medal qazandılar
24 Noyabr 2024 13:06
Baxış sayı:157
Bu xəbər 16 Avqust 2026 16:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















