Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkdilli dövlətlərin ilk ortaq media platforması olan "Türk Dünyası" (TurkicWorld) və "İDRAK" Mötədillik Prinsipi Üzrə Azərbaycan Beynəlxalq İslam Konqresi İctimai Birliyi tərəfdaşlıq memorandumu imzalayıb.
Milli.Az-ın TurkicWorld-a istinadən məlumatına görə, memorandum "İDRAK" Mötədillik Prinsipi Üzrə Azərbaycan Beynəlxalq İslam Konqresi İctimai Birliyinin sədri Rüfət Quliyev və Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) direktor müavini Rufiz Hafizoğlu arasında imzalanıb.
Memoranduma əsasən, "Turkic.World" media layihəsi İDRAK" Mötədillik Prinsipi Üzrə Azərbaycan Beynəlxalq İslam Konqresi İctimai Birliyinin rəsmi media tərəfdaşı olub.
Qeyd edək ki, fəaliyyət göstərdiyi qısa müddət ərzində Türk Dünyası (Turkic.World) media platforması 2021-ci ildə İstanbulda keçirilən Türk Şurasının Media forumunda təqdim olunmaqla yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təşkilatçılığı ilə 25-ci Beynəlxalq Biznes Forumunun (International Business Forum (IBF)) rəsmi media tərəfdaşı olub.
Eyni zamanda, "TurkicWorld" "Teknofest 2022" aerokosmik və texnologiya festivalının rəsmi media tərəfdaşı kimi çıxış edib.
2023-cü ilin oktyabr ayının 6-da TurkicWorld və Alport Baku-nun dəstəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyində Türkiyənin "Albayrak Group" şirkəti və Trend BİA-nın təşkilatçılığı əsasında "Xətt Sənəti" sərgisi keçirilib.
Bütün bunlarla yanaşı, media platforması ölkədə keçirilən müxtəlif tədbirlərin də media tərəfdaşı kimi çıxış edib.