Icma.az
close
up
RU
“İDRAK” ictimai birliyi və Türk Dünyası media platforması tərəfdaşlıq memorandumu imzalayıb

“İDRAK” ictimai birliyi və Türk Dünyası media platforması tərəfdaşlıq memorandumu imzalayıb

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkdilli dövlətlərin ilk ortaq media platforması olan "Türk Dünyası" (TurkicWorld) və "İDRAK" Mötədillik Prinsipi Üzrə Azərbaycan Beynəlxalq İslam Konqresi İctimai Birliyi tərəfdaşlıq memorandumu imzalayıb.

Milli.Az-ın TurkicWorld-a istinadən məlumatına görə,  memorandum "İDRAK" Mötədillik Prinsipi Üzrə Azərbaycan Beynəlxalq İslam Konqresi İctimai Birliyinin sədri Rüfət Quliyev və Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) direktor müavini Rufiz Hafizoğlu arasında imzalanıb.

Memoranduma əsasən, "Turkic.World" media layihəsi İDRAK" Mötədillik Prinsipi Üzrə Azərbaycan Beynəlxalq İslam Konqresi İctimai Birliyinin rəsmi media tərəfdaşı olub.

Qeyd edək ki, fəaliyyət göstərdiyi qısa müddət ərzində Türk Dünyası (Turkic.World) media platforması 2021-ci ildə İstanbulda keçirilən Türk Şurasının Media forumunda təqdim olunmaqla yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təşkilatçılığı ilə 25-ci Beynəlxalq Biznes Forumunun (International Business Forum (IBF)) rəsmi media tərəfdaşı olub. Eyni zamanda, "TurkicWorld" "Teknofest 2022" aerokosmik və texnologiya festivalının rəsmi media tərəfdaşı kimi çıxış edib.

2023-cü ilin oktyabr ayının 6-da TurkicWorld və Alport Baku-nun dəstəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyində Türkiyənin "Albayrak Group" şirkəti və Trend BİA-nın təşkilatçılığı əsasında "Xətt Sənəti" sərgisi keçirilib.

Bütün bunlarla yanaşı, media platforması ölkədə keçirilən müxtəlif tədbirlərin də media tərəfdaşı kimi çıxış edib. Belə ki, 11 dekabr tarixində Türk Dünyası media platforması Bakıda MÜSİAD Azərbaycan tərəfindən keçirilən Qida və Kənd Təsərrüfatı Forumunun rəsmi media tərəfdaşı seçilib.

Bununla yanaşı, "TurkicWorld" media layihəsi İstanbul Ticarət Universiteti, Türkiyənin Balıkesir Universiteti, Azərbaycan İlahiyyat İnstitutu və Türkiyənin İnsan Hüquqları, Azadlıqları və Humanitar Yardım Vəqfi (İHH) ilə tərəfdaşlıq memorandumu imzalayıb.

2023-cü ilin iyul ayının 24-də Trend Beynəlxalq İnformasiya Agentliyi və Türkiyənin "Albayrak" Media Qrupunun ortaq layihəsi olan "Türk Dünyası" (TurkicWorld) media platformasının mərkəzi ofisinin açılış mərasimi baş tutub.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 27 Noyabr 2024 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see252

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see223

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see214

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see211

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see206

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see170

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see155

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see154

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see153

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see146

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see143

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see140

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see135

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see135

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see134

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see132

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see132

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see132

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see130

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri