İdxalı azaltmaqla buna nail olmaq çətin olar Ekspert

11.08.2026

525.az saytına istinadən Icma.az xəbər verir.

"Dövlət süni bahalaşmanın qarşısını inzibati qiymət məhdudiyyətləri ilə deyil, daha çox rəqabəti gücləndirməklə və bazarda şəffaflığı artırmaqla təmin edə bilər. Antiinhisar nəzarəti gücləndirilməli, bazarda dominant mövqedən sui-istifadə və süni qiymət manipulyasiyası halları araşdırılmalıdır. Eyni zamanda kənd təsərrüfatı istehsalçılarına subsidiya və güzəştli maliyyələşmə mexanizmləri daha məqsədli şəkildə tətbiq olunmalıdır".

İqtisadçı ekspert Akif Nəsirli  bunu 525.az-a bildirib.  İqtisadçı qeyd edib ki,  yerli istehsalın artırılması, anbar və soyuducu infrastrukturlarının genişləndirilməsi, logistika xərclərinin azaldılması və fermerlərin məhsullarını birbaşa bazara çıxarmasına imkan verən mexanizmlərin inkişaf etdirilməsi vacibdir. Əks halda, yalnız idxalı azaltmaqla ərzağın ucuzlaşmasına nail olmaq çətin olacaq:

"Əsas məqsəd qiyməti süni şəkildə aşağı saxlamaq deyil, onun formalaşmasında əsassız və manipulyativ əlavələri aradan qaldırmaq olmalıdır".

Sevinc Qarayeva 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью