İdxalı azaltmaqla buna nail olmaq çətin olar Ekspert
525.az saytına istinadən Icma.az xəbər verir.
"Dövlət süni bahalaşmanın qarşısını inzibati qiymət məhdudiyyətləri ilə deyil, daha çox rəqabəti gücləndirməklə və bazarda şəffaflığı artırmaqla təmin edə bilər. Antiinhisar nəzarəti gücləndirilməli, bazarda dominant mövqedən sui-istifadə və süni qiymət manipulyasiyası halları araşdırılmalıdır. Eyni zamanda kənd təsərrüfatı istehsalçılarına subsidiya və güzəştli maliyyələşmə mexanizmləri daha məqsədli şəkildə tətbiq olunmalıdır".
İqtisadçı ekspert Akif Nəsirli bunu 525.az-a bildirib. İqtisadçı qeyd edib ki, yerli istehsalın artırılması, anbar və soyuducu infrastrukturlarının genişləndirilməsi, logistika xərclərinin azaldılması və fermerlərin məhsullarını birbaşa bazara çıxarmasına imkan verən mexanizmlərin inkişaf etdirilməsi vacibdir. Əks halda, yalnız idxalı azaltmaqla ərzağın ucuzlaşmasına nail olmaq çətin olacaq:
"Əsas məqsəd qiyməti süni şəkildə aşağı saxlamaq deyil, onun formalaşmasında əsassız və manipulyativ əlavələri aradan qaldırmaq olmalıdır".
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 11 Avqust 2026 10:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















