“İdxalı birmənalı şəkildə yerli istehsala yalnız zərərli və ya bazara yalnız faydalı hesab…
Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq. Ötən il Azərbaycan Gürcüstandan 178 milyon ABŞ dolları dəyərində yerli məhsul idxal edib, bu
Gürcüstanın ümumi ixracı 7,29 milyard dollar olub və illik müqayisədə 11,2% çoxalıb.
Azərbaycan Gürcüstanın ixracında 5,3% payla ilk onluqda VI yeri tutub.
Ən çox ixrac olunan məhsullar sırasında qiymətli metal filizləri, üzüm şərabı, spirtli içkilər, ferroərintilər, qoz-fındıq, mineral sular, şəkərli içkilər, gübrələr, qızıl və mis filizləri yer alıb.Gürcüstan məhsullarının idxalı Azərbaycanın yerli istehsalçılarına rəqabət təzyiqi yaradırmı?
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, daxili bazar nə qədər yerli istehsal hesabına formalaşarsa, bu həm adətən qiymət üçün əlverişli olur.
Eldəniz Əmirov “Ölkə üçün çoxluğun maraqları hər zaman önəmlidir.
Əgər Gürcüstandan idxal olunan məhsullar yerli bazarlarda insanların məhsula çıxış imkanlarını artırır və son istehlak qiymətlərinin daha aşağı formalaşmasına xidmət edirsə, bu halda idxalın faydası daha çox olur.
Lakin idxal o sahələrdə genişlənirsə ki, yerli sahibkarların həmin məhsulu istehsal etmək və bazara təqdim etmək imkanı var, bu zaman idxal onların fəaliyyətini məhdudlaşdırır və mənfi təsirləri daha çox hiss olunur.
Tam oxu
Xəbəri oxu