“İdxalı birmənalı şəkildə yerli istehsala yalnız zərərli və ya bazara yalnız faydalı hesab etmək düzgün olmaz”
Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, daxili bazar nə qədər yerli istehsal hesabına formalaşarsa, bu həm adətən qiymət üçün əlverişli olur.
Eldəniz Əmirov
“Ölkə üçün çoxluğun maraqları hər zaman önəmlidir. Əgər Gürcüstandan idxal olunan məhsullar yerli bazarlarda insanların məhsula çıxış imkanlarını artırır və son istehlak qiymətlərinin daha aşağı formalaşmasına xidmət edirsə, bu halda idxalın faydası daha çox olur. Lakin idxal o sahələrdə genişlənirsə ki, yerli sahibkarların həmin məhsulu istehsal etmək və bazara təqdim etmək imkanı var, bu zaman idxal onların fəaliyyətini məhdudlaşdırır və mənfi təsirləri daha çox hiss olunur. Ona görə də idxalı birmənalı şəkildə yalnız zərərli və ya yalnız faydalı hesab etmək düzgün olmaz. Lakin ümumiləşdirilmiş bir fikir, bir məqam hər zaman doğrudur ki, daxili bazar nə qədər yerli istehsal hesabına formalaşarsa, bu həm adətən qiymət üçün əlverişli olur, eyni zamanda yerli sahibkarlığın inkişafı üçün, məşğulluğun təmin olunması üçün və digər iqtisadi göstəricilərin yüksəlməsi üçün önəmli olur”-deyə Eldəniz Əmirov qeyd edib.
Günel Həsənova, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 21 Yanvar 2026 23:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















