Icma.az bildirir, Apa.az portalına istinadən. Martın 5-də Azərbaycan və Türkiyə, eləcə də Naxçıvan üçün əlamətdar hadisə baş verdi.
Azərbaycan və Türkiyə prezidentlərinin videobağlantı formatında iştirakı ilə İğdır-Naxçıvan qaz kəmərinin açılışı oldu.
Tədbirdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev İğdır-Naxçıvan qaz xəttinin açılışını Türkiyə-Azərbaycan dostluq, qardaşlıq tarixində önəmli bir gündür olduğunu vurğuladı.
Prezident İlham Əliyev daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə İğdır-Naxçıvan qaz xəttinin Naxçıvanda təməlinin qoyulmasını xatırlatdı: “Bu gün Türkiyə-Azərbaycan dostluq, qardaşlıq tarixində önəmli bir gündür - İğdır-Naxçıvan qaz xəttinin açılışı qeyd edilir.
Burada deyildiyi kimi, Naxçıvanda hörmətli Cümhurbaşqanı ilə birlikdə bir il yarım bundan öncə biz bu qaz xəttinin təməlini qoyduq və artıq bu gözəl mərasimdə iştirak edirik”.
Zəngəzurun Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi Qədim Azərbaycan torpağı olan Naxçıvanın Azərbaycanın əsas hissəsindən ayrı düşməsi məsələsinə toxunan Prezident İlham Əliyev bunun səbəbinin Qərbi Zəngəzurun Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi olduğunu vurğulayıb: “Bildiyiniz kimi, Naxçıvan qədim Azərbaycan torpağıdır.
Ancaq artıq bir əsrdən çoxdur ki, Azərbaycanın əsas hissəsindən ayrılıb.
Bunun səbəbi ondan ibarətdir ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut edəndən beş ay sonra sovet hakimiyyəti Qərbi Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana birləşdirdi və beləliklə, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvanla quru bağlantısı pozulub”.