Icma.az
close
up
RU
İğdır Naxçıvan qaz kəməri: Naxçıvanın həyatında yeni dövr TƏHLİL

İğdır Naxçıvan qaz kəməri: Naxçıvanın həyatında yeni dövr TƏHLİL

Icma.az bildirir, Apa.az portalına istinadən.

Martın 5-də Azərbaycan və Türkiyə, eləcə də Naxçıvan üçün əlamətdar hadisə baş verdi.

Azərbaycan və Türkiyə prezidentlərinin videobağlantı formatında iştirakı ilə İğdır-Naxçıvan qaz kəmərinin açılışı oldu.

Tədbirdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev İğdır-Naxçıvan qaz xəttinin açılışını Türkiyə-Azərbaycan dostluq, qardaşlıq tarixində önəmli bir gündür olduğunu vurğuladı. Prezident İlham Əliyev daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə İğdır-Naxçıvan qaz xəttinin Naxçıvanda təməlinin qoyulmasını xatırlatdı: “Bu gün Türkiyə-Azərbaycan dostluq, qardaşlıq tarixində önəmli bir gündür - İğdır-Naxçıvan qaz xəttinin açılışı qeyd edilir. Burada deyildiyi kimi, Naxçıvanda hörmətli Cümhurbaşqanı ilə birlikdə bir il yarım bundan öncə biz bu qaz xəttinin təməlini qoyduq və artıq bu gözəl mərasimdə iştirak edirik”.

Zəngəzurun Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi

Qədim Azərbaycan torpağı olan Naxçıvanın Azərbaycanın əsas hissəsindən ayrı düşməsi məsələsinə toxunan Prezident İlham Əliyev bunun səbəbinin Qərbi Zəngəzurun Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi olduğunu vurğulayıb: “Bildiyiniz kimi, Naxçıvan qədim Azərbaycan torpağıdır. Ancaq artıq bir əsrdən çoxdur ki, Azərbaycanın əsas hissəsindən ayrılıb. Bunun səbəbi ondan ibarətdir ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut edəndən beş ay sonra sovet hakimiyyəti Qərbi Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana birləşdirdi və beləliklə, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvanla quru bağlantısı pozulub”.

Zəngəzurun tarixi barədə APA-ya danışan Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun sədri, politoloq Zaur Məmmədov Zəngəzurun Azərbaycandan və azərbaycanlılardan qopardılmasının tarixi həqiqət olduğunu vurğulayıb: “1920-ci ildə Zəngəzur iki hissəyə bölündü, onun qərb hissəsi Ermənistan SSR-ə verildi. Daha sonra isə Göyçənin bütövlükdə Ermənistana verilməsinə şahidlik etdik. Eyni zamanda Naxçıvanın bəzi kəndləri də 1920-30-cu illərdə Ermənistan SSR-ə verildi. Bunun nəticəsində təkcə Azərbaycan və Türkiyənin arasındakı sərhədlər bir-birindən ayrılmadı. Eyni zamanda bu bölgədə Zəngəzurun da Qarabağın da İranla, Cənubi Azərbaycanla olan sərhədləri bir-birindən ayrıldı. Nəticə etibarilə ermənilərin işğalçılıq planları daha da genişləndi, onlar bu dəfə Qərbi Zəngəzur və Göyçədən sonra Şərqi Zəngəzur və Qarabağ torpaqlarının da işğalına başladılar. 44 günlük müharibədən sonra isə yeni vəziyyət meydana çıxıb, vaxtilə işğalda olan Şərqi Zəngəzur işğaldan azad edilib”.

Bir əsrdən çox davam edən ədalətsizlik

Prezident İlham Əliyev mərasimdə çıxışında bir əsrdən çox davam edən bu ədalətsizliyin Naxçıvanda yaşayan soydaşlarımızın həyatına çox mənfi təsir göstərdiyini deyib: “Xüsusilə Birinci Qarabağ savaşı başlayan kimi Ermənistan Qarabağı işğal etdi və eyni zamanda, Naxçıvanı blokadaya aldı. Onların planları Naxçıvanı da işğal etmək idi. Ancaq o zaman mənim atam Heydər Əliyev Naxçıvanın rəhbəri kimi buna imkan vermədi və Naxçıvanı qorumaq üçün bütün naxçıvanlılar səfərbər oldular, öz doğma torpaqlarını qorudular və işğalçını yerində oturtdular. Naxçıvanın o zaman işğal altına düşməməsinin səbəblərindən biri də o idi ki, o zaman Naxçıvanı Türkiyə ilə birləşdirən “Ümid” körpüsü inşa edilmişdir və Türkiyədən gələn yardımlar Naxçıvanın qorunmasına çox önəmli töhfə vermişdir.”

Zaur Məmmədov Naxçıvanın müdafiəsində Ümummilli Lider Heydər Əliyevin strateji addımlarının müstəsna rol oynadığını vurğulayıb.

Naxçıvan uzun müddət blokadada qalıb. Ermənilər gələcəkdə bu torpaqları da işğal etmək üçün Naxçıvanı blokadada saxlayırdılar. Naxçıvanın işğalının qarşısının alınmasının, Azərbaycanda qalmasının əsas səbəblərindən biri Ulu öndər Heydər Əliyevin orada olması və eyni zamanda, Naxçıvandan başlayaraq Azərbaycanın müstəqilliyinin inkişafı naminə atdığı addımlar olub”, - deyə politoloq bildirib.

İğdır-Naxçıvan qaz kəməri-Naxçıvanın həyatında yeni mərhələ

Mərasimdə çıxışında iki qardaş ölkə - Türkiyə və Azərbaycan arasında reallaşdırılmış neft-qaz layihələrinə toxunan Prezident İlham Əliyev vurğulayıb ki, arasında reallaşdırılmış Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi neft-qaz boru xətləri layihələri nəinki iki qardaş ölkəni birləşdirdi, eyni zamanda, Avrasiyanın enerji xəritəsini dəyişdirib: “Bu gün Azərbaycandan Türkiyə ərazisindən gedən qaz bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir. Keçən il Azərbaycanın qaz ixracatı 25 milyard kubmetrə çatmışdır. Onun təxminən yarısı Türkiyəyə olan ixracatdır və Türkiyədən başqa da 11 ölkə, onlardan 10 Avropa ölkəsi Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini gücləndirir. Bu gün açılışında iştirak etdiyimiz layihə Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək. Çünki Azərbaycandan gələn qaz Türkiyə ərazisindən svop şəklində Naxçıvana ötürülərək, artıq Naxçıvanı da bu problemdən xilas etmiş olacaqdır.”

Politoloqun fikrincə, İğdır-Naxçıvan qaz layihəsi Naxçıvanın enerji təminatını tamamilə Türkiyədən gələn təbii qazla təmin edərək onun iqtisadi və geosiyasi mövqeyini gücləndirir: “Bu gün İğdırdan Naxçıvana uzanan qaz layihəsi Naxçıvanın həyatında yeni mərhələnin əsasını qoyur. Bu mərhələ ondan ibarətdir ki, artıq Naxçıvan bütövlükdə Türkiyədən gələn təbii qazla təchiz ediləcək və Naxçıvanın ehtiyacları məhz Türkiyədən gələn təbii qazla ödəniləcək. Bunun həm geosiyasi, həm də geoiqtisadi əhəmiyyəti var. Bu, Naxçıvanın sosial-iqtisadi vəziyyətinin daha da möhkəmlənməsinə gətirib çıxaracaq”, deyə Zaur Məmmədov bildirib.

Azərbaycan-Türkiyə qardaşlığının daha bir sübutu

Prezident İlham Əliyev çıxışı zaman Azərbaycan-Türkiyə qardaşlığının və müttəfiqliyinin əhəmiyyətini xüsusi vurğulayıb: “Bizim birgə həyata keçirdiyimiz enerji layihələrimiz, eyni zamanda, nəqliyyat layihələrinin reallaşmasına da imkan verdi. Bu gün Türkiyəni Azərbaycanla birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu çox gözəl üstünlüklər təmin edir, həm ölkələrimiz üçün, həm daha geniş coğrafiya üçün. Xüsusilə Türk dünyasını birləşdirmək üçün bu nəqliyyat bağlantısının çox böyük mənası, çox böyük faydası var və təbii olaraq, Türkiyə ilə Azərbaycan arasındakı birlik, qardaşlıq bütün Türk dünyasına böyük bir töhfədir. Türk dünyasının birləşməsi yolunda əziz Qardaşım, hörmətli Cümhurbaşqanının çox böyük rolu var. Onun liderliyi ilə həm Türkiyədə böyük uğurlar əldə edildi, həm Türk dünyasının daha da sıx birləşməsi üçün yeni imkanlar yarandı. Azərbaycan da hər zaman Türk dünyasının birləşməsinə çox böyük önəm verirdi və öz tərəfindən bu birliyi təmin etmək, bunu əbədi etmək və ortaq maraqlar və ortaq tarix üzərində əlaqələri qurmaq üçün səylərini əsirgəmirdi.”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da çıxışında iki qardaş ölkə arasında münasibətlərin müdafiədən ticarətə qədər çox geniş sahədə daim inkişafda olduğunu qeyd edib:

Bir millət, iki dövlət” şüarı ilə formalaşan qardaşlıq münasibətlərimizdə hər sahədə böyük irəliləyişlər əldə edirik. Ölkələrimiz arasındakı münasibətlər müdafiədən ticarətə qədər çox geniş sahədə daim inkişaf edir. Şübhəsiz ki, bu əməkdaşlıqlarımız arasında bir çox layihə ilə taclandırdığımız enerji sektoru başda yer alır. Bəzilərinin xəyal hesab etdiyi Bakı-Tbilisi-Ceyhan xam neft boru kəməri kimi, “Şahdəniz” yatağının və Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəmərinin istismara verilməsi ilə enerji əməkdaşlığımızı daha irəliyə aparmağa nail olduq. Anadoludan keçən təbii qaz boru kəməri – TANAP vasitəsilə böyük miqdarda Azərbaycan qazının Avropaya çatdırılmasının sevincini yaşayırıq. Bu sahədə strateji və qeyri-adi layihələri həyata keçirməkdə Can Azərbaycan ilə tam uzlaşma içərisindəyik.”

Zaur Məmmədov qeyd edib ki, Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq çərçivəsində atılan addımlar, xüsusilə Şuşa Bəyannaməsi, qaz kəmərinin açılışı və Zəngəzur dəhlizinin perspektivi, iki qardaş ölkənin təhlükəsizlik və iqtisadi inkişaf yolunda birgə irəlilədiyini göstərir.

“Bu yeni layihə Azərbaycan-Türkiyə qardaşlığını bir daha sübut edir. Azərbaycan 44 günlük müharibədən sonra Şuşa Bəyannaməsinin imzalanması ilə yeni strateji hədəflər müəyyənləşdirib. Bu hədəflərin reallaşdırılması üçün konkret addımlar atılıb – hərbi təhlükəsizlik, enerji təhlükəsizliyi, eləcə də siyasi və iqtisadi təhlükəsizlik sahələrində mühüm tədbirlər görülüb. Bu addımlar nəticəsində gələcəkdə Azərbaycanın daha böyük uğurlara imza atacağına şahidlik edəcəyik. Qaz kəmərinin açılışı bu prosesin mühüm mərhələlərindən biridir, bunun ardınca biz Zəngəzur dəhlizinin açılmasını da müşahidə edəcəyik”, deyə politoloq bildirib.

Zəngəzur dəhlizi

Politoloq vurğulayıb ki, qaz kəmərinin istifadəyə verilməsi və Zəngəzur dəhlizinin açılması Azərbaycan və Türkiyə arasında sərbəst əlaqələrin qurulmasına, türk dünyasının birliyinə və gələcək strateji layihələrin inkişafına töhfə verəcək: “Zəngəzur dəhlizi kimin nə istəməsindən asılı olmayaraq, reallığa çevriləcək. Nəhayət, Azərbaycan və Türkiyə əhalisi bu qədim türk torpaqları vasitəsilə sərbəst şəkildə gedib-gələ biləcəklər. Bununla da, bütün türk dünyasının birləşməsinə şahidlik edəcəyik. Bu proses, eyni zamanda, gələcəkdə birgə layihələrin həyata keçirilməsinə zəmin yaradacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://apa.az
archiveBu xəbər 06 Mart 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see412

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see274

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see222

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see203

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see179

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see158

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see156

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see155

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see143

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see139

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see139

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see138

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see138

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see133

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see128

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see128

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri