İgid Əli Hüseynovlar | Icma.az
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Söhbət eyni ad və soyadlı 4 Qarabağ savaşçısından gedir Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşmuş Vətən oğullarından 4-ü Əli Hüseynov ad-soyadını daşıyır: 32 il əvvəl Birinci Qarabağ müharibəsində itkin düşmüş, Xocavəndin Edilli kəndindəki kütləvi məzarlıqda nəşinin qalıqları tapılmış Əli Heydər oğlu; həmin müharibədə canı və qanı ilə iştirak etmiş və 1995-ci ildə dünyasını dəyişmiş gəncəli Əli Rəşid oğlu; laçınlı polis baş leytenantı, şəhid Əli Hüseyn oğlu və İkinci Qarabağ savaşında vuruşmuş XTQ-nin kiçik giziri Vətən Müharibəsi Qəhrəmanı, hazırda sıralarımızda olan Əli Rəşid oğlu.
Əli Heydər oğlu Hüseynov 1968-ci il avqust ayında Füzuli rayonu Yuxarı Yağlıvənd kəndində dünyaya göz açıb.
Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak edib. 1993-cü ilin avqustunda Füzulidə gedən döyüşlər zamanı itkin düşüb.
Ötən illər ərzində ailəsi ondan heç bir xəbər ala bilməyib. Əlinin nəşinin qalıqları 3 il əvvəl Edilli ərazisində daha 11 şəxsin basdırıldığ
Onlar erməni vəhşiliyinə məruz qalıb, məftil və kəndirlərdən istifadə edilməklə əl-ayağı bağlanıb və işgəncə ilə öldürülüblər.
Kəllə sümüklərində küt alət izləri, həmçinin güllə və iti alətin deşdiyi izlər müşahidə olunub.
Bu faktlar onu göstərir ki, erməni qəsbkarları əsir götürdüyü azərbaycanlıları xüsusi zorakılıqla qətlə yetirib və kütləvi basdıraraq cinayət izlərini ört-basdır etməyə çalışıblar.
Tam oxu
Xəbəri oxu