Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

Heç bir estetik və botoksum yoxdur (Video)

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

Çinlilərdən inqilabi neft emalı üsulu

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

Panik atakla infarktı necə ayırd etmək olar?

Səhər yeməyində buna diqqət edin!

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

İgid Əli Hüseynovlar

İgid Əli Hüseynovlar

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Söhbət eyni ad və soyadlı 4 Qarabağ savaşçısından gedir

Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşmuş Vətən oğullarından 4-ü Əli Hüseynov ad-soyadını daşıyır: 32 il əvvəl Birinci Qarabağ müharibəsində itkin düşmüş, Xocavəndin Edilli kəndindəki kütləvi məzarlıqda nəşinin qalıqları tapılmış Əli Heydər oğlu; həmin müharibədə canı və qanı ilə iştirak etmiş və 1995-ci ildə dünyasını dəyişmiş gəncəli Əli Rəşid oğlu; laçınlı polis baş leytenantı, şəhid Əli Hüseyn oğlu və İkinci Qarabağ savaşında vuruşmuş XTQ-nin kiçik giziri Vətən Müharibəsi Qəhrəmanı, hazırda sıralarımızda olan Əli Rəşid oğlu.

Əli Heydər oğlu Hüseynov 1968-ci il avqust ayında Füzuli rayonu Yuxarı Yağlıvənd kəndində dünyaya göz açıb. Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak edib. 1993-cü ilin avqustunda Füzulidə gedən döyüşlər zamanı itkin düşüb. Ötən illər ərzində ailəsi ondan heç bir xəbər ala bilməyib. Əlinin nəşinin qalıqları 3 il əvvəl Edilli ərazisində daha 11 şəxsin basdırıldığı 3-cü kütləvi məzarlıqda aşkar edilib.

Onlar erməni vəhşiliyinə məruz qalıb, məftil və kəndirlərdən istifadə edilməklə əl-ayağı bağlanıb və işgəncə ilə öldürülüblər. Kəllə sümüklərində küt alət izləri, həmçinin güllə və iti alətin deşdiyi izlər müşahidə olunub. Bu faktlar onu göstərir ki, erməni qəsbkarları əsir götürdüyü azərbaycanlıları xüsusi zorakılıqla qətlə yetirib və kütləvi basdıraraq cinayət izlərini ört-basdır etməyə çalışıblar.

Əli Heydər oğlu hələ Sovet ordusunda müddətli hərbi xidmətdə olarkən silahla lazımınca davranmağı, hədəfi dəqiq vurmağı mükəmməl öyrənmişdi. 3 il sonra sıravi əsgər qismində Qarabağın azadlığı uğrunda döyüşlərə qatılan Əli 1991-1993-cü illərdə Azərbaycan Silahlı Qüvvələri Quru Qoşunlarının tərkibində xidmət edib və sərrast atıcı kimi tanınıb. Əvvəlcə doğma kəndinin müdafiəsində, sonra isə Xocavənd və Füzuli döyüşlərində fərqlənib. Ad gününə bir həftə qalmış – 1993-cü il avqustun 6-da Füzuli rayonunun Govşaltı kəndində əsir düşüb və öldürülüb. Doğma kəndində illər sonra Əlinin dəfni zamanı “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirilib. Onun nəşinin büküldüyü üçrəngli Azərbaycan bayrağı qardaşına təqdim olunub...

Əli Hüseyn oğlu Hüseynov Qarabağda erməni separatçılığının ilk “cücərtiləri” baş qaldırandan xain qonşulara qarşı mübarizənin önündə gedib. Bir müddət öz kəndlərində, sonralar isə Ağdam rayonunun polis şöbəsində silahdaşları ilə birlikdə Vətənə layiqincə xidmət göstərib. Əli sərrast atıcı və kəşfiyyatçı olub, bir gülləsi belə boşa çıxmazdı. Qorxmaz, igid olduğuna görə Qarakənd camaatı ona “Koroğlu” adını vermişdi. 1992-ci il iyul ayının 19-da Fərrux kəndi uğrunda gedən döyüşlərdə Əli Hüseynov qəhrəmanlıq göstərib, o, milli bayrağımızı Fərrux dağının başına sancıb geri qayıdarkən minayə düşərək həlak olub. Beləliklə, Əli Hüseyn oğlu Hüseynov əbədiyyətə qovuşaraq Ağdam rayonunun Şəhidlər xiyabanında dəfn edilib.

İkinci Qarabağ müharibəsində igidlik göstərmiş Əli Rəşid oğlu Hüseynov isə çox güman ki, taleyinə 30 illik itkinlik yazılmış əsgər adaşı və igid polis zabiti barədə məlumatsız olub. Amma digər şəhid adaşı haqqında bilgisi ola bilərdi. Çünki atalarının da adı eynidir və yəqin ki, bu fakt onun diqqətini çəkib.

Üçüncü şəhid Əli Rəşid oğlu Hüseynov 1972-ci il yanvarın 10-da ulu Nizami yurdunda anadan olub. 1994-cü ildə Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən cəbhəyə yollanaraq 708 saylı hərbi hissənin tərkibində avtomobil bölmə komandiri kimi Milli Orduda xidmət etməyə başlayıb. Onun Laçın, Beyləqan, Şuşa və Füzuli bölgələrində xüsusi xidmətləri olub. Əli Hüseynov döyüş tapşırığını yerinə yetirərkən 2 dəfə ağır yaralanıb, həkimlərin səyi ilə sağaldıqdan sonra yenidən döyüş bölgəsinə yollanıb. Döyüş yolu Quru Qoşunlarının tərkibində Laçın, Beyləqan, Füzuli, Şuşa və Ağdamdan keçib. İgid Əli Rəşid oğlu 2 fevral 1995-ci ildə Ağdamın Qaradağlı kəndində gedən qızğın döyüş zamanı yaralanıb. Bakıya hərbi hospitala göndərilsə də, təəssüf ki, bir neçə gündən sonra gözlərini əbədi yumub.

Əslən Samux rayonunun Lək kəndindən olan digər igid Vətən oğlu – Xüsusi Təyinatlı Qüvvələrin giziri Əli Hüseynov 44 günlük “Zəfər Yürüşü”ndə adaşlarının və bütün şəhidlərimizin qisasını almağa gedib və buna nail ola bilib. Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb, həmçinin “Şücaətə görə”, “Hərbi xidmətdə fərqlənməyə görə” və Cəbrayılın, Füzulinin, Şuşanın azad olunmasına görə medalları ilə təltif olunub.

Şəhadətə qovuşmuş adaşlarından söz düşəndə Əli deyir ki, biz atalarımızın, böyük qardaşlarımızın açdığı qəhrəmanlıq cığırı ilə gedənlər olduğumuz üçün onların ruhuna əbədi borcluyuq. Birinci Qarabağ müharibəsində Azərbaycan Ordusu hələ yenicə təşəkkül tapıb formalaşırdı. Üstəlik, namərd qonşularımız Şimaldan və Qərbdən güclü dəstək alır, məlum dairələrin kölgəsində gizlənirdilər.

Bu dəfə isə vəziyyət tam başqa oldu. Dövlətimizin qüdrəti, Müzəffər Ali Baş Komandanımızın çox düzgün xarici siyasəti, sərkərdəlik strategiyası və taktikası sayəsində xeyli güclənmiş və döyüş məharətinə yiyələnmiş Silahlı Qüvvələrimiz üzbəüz savaşda düşməni 44 günə məhv etdi. Bu gün artıq Vətən torpaqları uğrunda canından keçmiş bütün şəhidlərimizin ruhu şaddır.

Ə.DOSTƏLİ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:317
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Oktyabr 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see365

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see256

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see238

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see233

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see218

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see217

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see215

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see204

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see192

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see191

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see189

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see188

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see187

Çinlilərdən inqilabi neft emalı üsulu

27 Sentyabr 2026 11:26see187

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see183

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see181

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see179

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see175

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see175

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

27 Sentyabr 2026 17:54see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri