II Beynəlxalq Opera Festivalı “Arşın mal alan” operettasının premyerası ilə açılıb | Icma.…
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 24 aprel, Anara Axundova, AZƏRTAC Opera Studiyasının səhnəsində rejissor Hafiz Quliyevin quruluşunda “Arşın mal alan” operettasının premyerası olub.
Tamaşa Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalının açılış mərasimində baş tutub.AZƏRTAC xəbər verir ki, tamaşada rolları gənc opera müğənniləri Aysu Əliyeva, Rauf Məmmədzadə, Röya Əliyeva, Şaxirə Rzayeva ifa ediblər.
Cahan xala rolunu Azərbaycanın Xalq artisti Fidan Hacıyeva, Sultanbəy rolunu ölkənin Əməkdar artisti, opera teatrının solisti Fərid Əliyev, Vəli rolunu respublikanın Əməkdar artisti, opera teatrının artisti Tural Ağasıyev, Əsgər rolunu vokalçı, Yuğ teatrının aktyoru Vüqar Hacıyev ifa ediblər.
AZƏRTAC -ın müxbirinə müsahibəsində Opera festivalının təşkilatçısı, Xalq artisti Fidan Hacıyeva festivalın niyə “Arşın mal alan” operettası ilə açılmasına qərar verilməsindən danışıb.“Bu il Üzeyir Hacıbəyliyə həsr olunub.
Festivalı məhz bu dahi bəstəkarın əsəri ilə açmaq mənim üçün vacib idi.
Tamaşada gənc opera müğənniləri, tələbələrim, mənim vokal məktəbimin tələbələri iştirak edirlər.
Mən həmişə istəmişəm ki, tələbələrim mənimlə birlikdə çıxış etsinlər.
Tam oxu
Xəbəri oxu