Icma.az
close
up
RU
II Beynəlxalq Opera Festivalı “Arşın mal alan” operettasının premyerası ilə açılıb

II Beynəlxalq Opera Festivalı “Arşın mal alan” operettasının premyerası ilə açılıb

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 24 aprel, Anara Axundova, AZƏRTAC

Opera Studiyasının səhnəsində rejissor Hafiz Quliyevin quruluşunda “Arşın mal alan” operettasının premyerası olub. Tamaşa Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalının açılış mərasimində baş tutub.

AZƏRTAC xəbər verir ki, tamaşada rolları gənc opera müğənniləri Aysu Əliyeva, Rauf Məmmədzadə, Röya Əliyeva, Şaxirə Rzayeva ifa ediblər. Cahan xala rolunu Azərbaycanın Xalq artisti Fidan Hacıyeva, Sultanbəy rolunu ölkənin Əməkdar artisti, opera teatrının solisti Fərid Əliyev, Vəli rolunu respublikanın Əməkdar artisti, opera teatrının artisti Tural Ağasıyev, Əsgər rolunu vokalçı, Yuğ teatrının aktyoru Vüqar Hacıyev ifa ediblər.

AZƏRTAC -ın müxbirinə müsahibəsində Opera festivalının təşkilatçısı, Xalq artisti Fidan Hacıyeva festivalın niyə “Arşın mal alan” operettası ilə açılmasına qərar verilməsindən danışıb.

“Bu il Üzeyir Hacıbəyliyə həsr olunub. Festivalı məhz bu dahi bəstəkarın əsəri ilə açmaq mənim üçün vacib idi. Tamaşada gənc opera müğənniləri, tələbələrim, mənim vokal məktəbimin tələbələri iştirak edirlər. Mən həmişə istəmişəm ki, tələbələrim mənimlə birlikdə çıxış etsinlər. Məqsədim gənc opera müğənnilərini və klassik ifaçıları böyük səhnələrə çıxarmaqdır. Bu, mənim missiyamdır. Məhz bu məqsədlə mən gənc istedadlıları, vokalçıları Opera Festivalında iştirak etməyə cəlb edirəm. Çalışdım ki, insanlar mümkün qədər çoxlu yeni səslər eşitsinlər, yeni adlar öyrənsinlər”, - deyə həmsöhbətimiz vurğulayıb.

Xalq artisti onu da əlavə edib ki, bu tamaşa üçün artıq bir neçə dəfə dəvət alıb. Bu il “Arşın mal alan” İngiltərədə nümayiş etdiriləcək - mahnılar Azərbaycan dilində, personajların dialoqları isə ingilis dilində səslənəcək. Bundan əlavə, sentyabrın 18-də - Musiqi Günündə sənətçilər operettanı Naxçıvanda təqdim edəcəklər.

II Beynəlxalq Opera Festivalı aprelin 29-dək davam edəcək. Bu müddət ərzində paytaxtın müxtəlif məkanlarında tanınmış xarici və azərbaycanlı ifaçıların, o cümlədən gənc opera müğənnilərinin, eləcə də 6-16 yaş arası gənc istedadlıların iştirakı ilə konsertlər təşkil olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Aprel 2025 04:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see237

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see223

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see192

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see175

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see168

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see154

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see141

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see138

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see138

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see136

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see135

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see132

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see132

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see130

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see129

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see128

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see128

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see127

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see125

Дочь бывшего министра Суад Гараева изобразила Мехсети Гянджеви как безнравственную женщину

06 Dekabr 2025 00:35see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri