II Liqa: Şirvan Dinamo yla bacarmadı

04.03.2026

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

Azərbaycan II Liqasında XVI tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, turun son günündə bir oyun baş tutub. 

Bağlanış matçında "Dinamo" ilə "Şirvan" üz-üzə gəliblər. Binədə baş tutan oyunda bakılılar qalib gəliblər. Hesabı bölgə təmsilçisi açsa da, meydan sahibləri əzmkar qələbə qazanaraq "Şirvan"la xal fərqini 7-yə endirib.

Qeyd edək ki, turun digər oyunlarında "Qaradağ Lökbatan" "Şəmkir"i 4:0, "Xankəndi" "Araz Saatlı"nı 2:1, "Ağdaş" "Şəki Siti"ni 4:1 hesabı ilə üstələyib. "Quba" - "Kür-Araz" (0:0) və "Ağstafa Gəncləri" - "Göygöl" (1:1) qarşılaşmalarında isə qalib müəyyənləşməyib.

Azərbaycan II Liqası
XVI tur
4 mart

“Dinamo” – “Şirvan” 3:1
Qollar:
V.Seyidov, 33-pen. Ə.Abbasov, 54. Y.Qarayev, 90+1 - Ü.Quliyev, 16.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью