II Liqa: Şirvan Dinamo yla bacarmadı
Icma.az, Fanat portalına istinadən məlumat yayır.
Azərbaycan II Liqasında XVI tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, turun son günündə bir oyun baş tutub.
Bağlanış matçında "Dinamo" ilə "Şirvan" üz-üzə gəliblər. Binədə baş tutan oyunda bakılılar qalib gəliblər. Hesabı bölgə təmsilçisi açsa da, meydan sahibləri əzmkar qələbə qazanaraq "Şirvan"la xal fərqini 7-yə endirib.
Qeyd edək ki, turun digər oyunlarında "Qaradağ Lökbatan" "Şəmkir"i 4:0, "Xankəndi" "Araz Saatlı"nı 2:1, "Ağdaş" "Şəki Siti"ni 4:1 hesabı ilə üstələyib. "Quba" - "Kür-Araz" (0:0) və "Ağstafa Gəncləri" - "Göygöl" (1:1) qarşılaşmalarında isə qalib müəyyənləşməyib.
Azərbaycan II Liqası
XVI tur
4 mart
“Dinamo” – “Şirvan” 3:1
Qollar: V.Seyidov, 33-pen. Ə.Abbasov, 54. Y.Qarayev, 90+1 - Ü.Quliyev, 16.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 04 Mart 2026 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















