Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yaxud Paşinyana qarşı üsyana çağırış “İsa Məsihə sadiq qalsaq, uğur qazanacağıq”.
Bu fikir katolikos II Qareginin Milad bayramı münasibətilə erməni xalqına müraciətində yer alıb.
İlk baxışdan, II Qareginin dediklərində təəccüblü heç nə yoxdur.
Ancaq onun ünvanladığı müraciətə diqqət yetirəndə İsa Məsihə sədaqət adı altında erməni təfəkkür tərzinin iyrənc elementlərini, avantürizmə söykənmiş mahiyyətini görmək mümkündür.
Yəni, ermənilərin baş kahini uğura məhz bu “mahiyyətlə” nail olmağı düşünür... Bəli, erməni kilsəsi öz ampluasındadır.
Tarixən bu dini struktur terrorun, qəsbkarlığın və qətllərin ilhamvericisi qismində çıxış edib, yenə də eyni xarakterə malikdir.
Kilsə erməni millətçilərinin qonşu ölkələrə ərazi iddiasını körükləyən başlıca ideoloji mərkəz funksiyasını yerinə yetirib ki, hazırda da onun həmin məqsədə kökləndiyi şübhə doğurmur.