Icma.az
close
up
RU
II Qareginin Qarabağ sancısı

II Qareginin Qarabağ sancısı

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yaxud Paşinyana qarşı üsyana çağırış 

“İsa Məsihə sadiq qalsaq, uğur qazanacağıq”. Bu fikir katolikos II Qareginin Milad bayramı münasibətilə erməni xalqına müraciətində yer alıb. İlk baxışdan, II Qareginin dediklərində təəccüblü heç nə yoxdur. Ancaq onun ünvanladığı müraciətə diqqət yetirəndə İsa Məsihə sədaqət adı altında erməni təfəkkür tərzinin iyrənc elementlərini, avantürizmə söykənmiş mahiyyətini görmək mümkündür. Yəni, ermənilərin baş kahini uğura məhz bu “mahiyyətlə” nail olmağı düşünür...  

Bəli, erməni kilsəsi öz ampluasındadır. Tarixən bu dini struktur terrorun, qəsbkarlığın və qətllərin ilhamvericisi qismində çıxış edib, yenə də eyni xarakterə malikdir. Kilsə erməni millətçilərinin qonşu ölkələrə ərazi iddiasını körükləyən başlıca ideoloji mərkəz funksiyasını yerinə yetirib ki, hazırda da onun həmin məqsədə kökləndiyi şübhə doğurmur. 
II Qareginin bayram təbriki adlandırdığı müraciətində iki başlıca motiv var. Ümumiləşdirmə aparsaq, həmin motivləri bir-biri ilə əlaqələndirmək də mümkündür. Katolikosun ilk hədəfi Azərbaycandır, digər hədəf isə Ermənistan hakimiyyəti. Əlbəttə, baş nazir Nikol Paşinyanla kilsə arasındakı ziddiyyətlər aradan qalxmayıb. Bu, II Qareginin subliminal mesaj tonundan açıq-aydın görünməkdədir. 
Ancaq erməni katolikosu, bir növ, iz azdırır. O, təbrikinə əvvəlcə dünyada baş verən proseslər fonunda faciəli durumların yarandığını vurğulamaqla başlayır. Elə görüntü yaradır ki, sanki insanlığın üzləşdiyi dəhşətli fəlakətlər onu narahat edir, guya, bəşəri prinsiplərin sıradan çıxmasından təlaşlanır. Daha sonra isə II Qaregin, necə deyərlər, sözünün “mustafası”na keçir. Bildirir ki, indiki çətin şəraitdə erməni xalqı ağır sınaqlardan keçib: “Artsax” işğal və viran edilib, Ermənistanın suveren əraziləri təcavüzə məruz qalıb. Bir çox övladlarımız hələ də əsirlikdədir və itkin düşmüş hesab olunurlar. Azərbaycan yeni tələblər və təhdidlər irəli sürməkdə davam edir”. 
Göründüyü kimi, erməni din xadimi Qarabağın işğalı ritorikasını ortaya atır. Ermənistan hakimiyyəti Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir, II Qaregin isə ictimai rəyə tamamilə fərqli düşüncə aşılayır, daha doğrusu, sırımağa cəhd göstərir. Belə bir durumda nə düşünəsən? Düşünürsən ki, hazırda rəsmi İrəvanın təmsilçilərindən başqa, xaricdə və daxildə fəaliyyət göstərmələrindən asılı olmayaraq,  erməniliklə bağlı bütün institutlar “Qarabağın işğalı” məntiqi üzərində dayanırlar. Bu yanaşmada Ermənistan iqtidarı ilə koordinasiya olunmuş fəaliyyətin mövcudluğu birmənalıdır. Paşinyan hakimiyyətinin anti-Azərbaycan yönümlü təbliğatından, sülhdən yayınmasından, ölkəmizin barış mühitinin formalaşması üçün konseptual mahiyyət daşıyan tələblərini yerinə yetirməməsindən, ən əsası isə sürətli silahlanmaya start verməsindən isə aydın görünür ki, hər şey itirilmişlərin bərpası üçündür. 
Belə bir dolaşıq labirintdə kilsə, necə deyərlər, medalın o biri tərəfidir. Onun Qarabağ məsələsinə yanaşması Paşinyan iqtidarının münasibətindən fərqlidir. Kilsə avantürizmin davamını ənənəvi Rusiya yolu ilə gördüyü halda, Nikol və tərəfdarları hesab edirlər ki, Cənubi Qafqazda yaradacaqları anti-Rusiya ovqatının mükafatı kimi Qərb tərəfindən onlara ənam veriləcək. Heç şübhəsiz, ənamın Qarabağ ola biləcəyini ağıllarından keçirirlər. Axı həmin Paşinyan idi ki, 2021-ci ilin parlament seçkiləri zamanı özünün seçki kampaniyasına Şuşanı və Hadrutu geri qaytarmaq öhdəliyini daxil etmiş, bunun vədini vermişdi... 
Bəli, hazırkı dövrdə erməni kilsəsi ilə Paşinyan hakimiyyəti eyni yoldadır. Sadəcə olaraq, bildirdiyimiz kimi, hər iki qütbün yanaşması fərqlidir. Onlar arasındakı ziddiyyətləri şərtləndirən amil də elə budur. Ziddiyyətlərdən söz düşmüşkən, erməni iqtidarının tərəfdarları II Qaregini nəinki sərt tənqid ediblər, eyni zamanda, ona təhqirlər də yağdırıb, din xadimini uşaqbazlıqda günahlandırıblar. Görünür, bütün bunlara görədir ki, II Qaregin uzun müddətdir sakit qalır və yarıtmaz əməllərinin ictimaiyyətə açıqlanmasından ehtiyatlanır. Ancaq Milad bayramı ona yenidən Nikol əleyhinə fikirlər bildirmək üçün fürsət verib. Əlbəttə, bu fikirlər subliminal xarakter daşıyıb. Yəni, II Qareginin bayram təbrikindəki ittihamında konkret ad çəkilməyib. 
Beləliklə, erməni katolikosu bildirib ki, hazırda Ermənistanı daxili problemlər təşvişə salıb. Yalanlar, qanunsuzluqlar, bəd­xahlıqlar, qisasçılıq əməlləri, cəmiyyətdə inamsızlıq, laqeydlik, düşmənçilik və parçalanma yaradan, millətin zəifləməsinə səbəb olan yaramaz hadisələr baş alıb gedir. Bütün bunlarla yanaşı, xristian əxlaqı anlayışları, ənənəvi dəyərlər, xalqın kimliyi təhrif olunur, milli ruh alçaldılır, insanlar günaha və ümidsizlik tələsinə sürüklənir.
II Qaregin yuxarıda sadaladığı hallara qarşı xristian həyat tərzi ilə son qoyulmasını vacib saydığını bildirib. Yəni, dolayısı ilə o, Paşinyan hakimiyyətini dindən uzaqlaşmaqda da günahlandırıb. Əlavə edib ki, “şəxsi rifah və rahatlıq naminə kimliyimizi, xalqın təhlükəsizliyini, Vətənin firavanlığını qurban verməsək, bu çağırış gerçəkləşəcək. Biz şöhrətpərəstliyə, hakimiyyət şəhvətinə boyun əyməklə, öz maraqlarımızı üstün tutmaqla, ümumi mənafeyə xidmət edə bilmərik. Biz bir xalq olaraq istər evdə, istərsə də diasporda həmişə Məsihə, onun təlimlərinə sadiq qalsaq, Allahın kəlamına və ilahi iradəyə uyğun hərəkət etsək, insanın azdırıcı və bölücü hiyləsindən qurtulsaq, uğur qazanacağıq. Gəlin, dövlətimizin toxunulmazlığı və təhlükəsizliyi, “Artsax”dan zorla köçürülmüş qardaş və bacılarımız üçün ədalətin bərpası, xalqımızın və Vətənimizin etibarlı və firavan uzunömürlülüyü naminə birləşək”. 
Heç şübhəsiz, II Qaregin diqqətə çatdırdığımız fikirlərlə demək istədi ki, erməni xalqı birləşməli və N.Paşinyan hakimiyyətini devirməlidir. Onun azdırıcı və bölücü hiyləgər insan tipajı məhz Nikoldur. Yəni, II Qaregin baş nazirdən qurtulmanın vacibliyini vurğulayır. Bu məqamı üsyana çağırış kimi də dəyərləndirmək mümkündür. 
Sonda isə bir daha İsa Məsihə sadiqlik üzərinə qayıdaq və erməni kilsəsinin oynadığı mənfur rolun xristian əxlaqına nə dərəcədə uyğun olmasından söz açaq. Hesab edirik ki, düşmənçiliyi, ayrı-seçkiliyi, millətçiliyi, terroru təşviq edən dini təşkilatın və onun hazırkı rəhbərinin İsa Peyğəmbərin adını tutmağa heç bir haqqı yoxdur. Bu mənada II Qareginin bayram təbrikinin yalnız bir adı var ki, o da siyasi hoqqabazlıqdır. 
Atalarımız yaxşı deyib ki, dinsizin öhdəsindən imansız gələr. Məsələyə mövcud prizmadan yanaşsaq, Paşinyan iqtidarı II Qaregin üçün əsl kabusdur. Bu kabus artıq neçə illərdir imkan vermir ki, baş erməni kahini ölkənin İctimai televiziyasında çıxış edib xalqa yeni il təbrikini çatdırsın. Nikolun tərəfdarlarının II Qaregini hansı sözlərə “qonaq etməsini” isə artıq diqqətə çatdırdıq. Əlavə şərhə ehtiyac yoxdur. 

Ə.RÜSTƏMOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Yanvar 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see568

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see519

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see386

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see283

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see263

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see254

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see234

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see230

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see227

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see226

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see214

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see210

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see206

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see206

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see204

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see197

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see196

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see194

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri