Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir. “Qlobal səviyyədə ən gərgin dövrü yaşayırıq.
İndi dünyada yeni silahlanma başlayıb, hamı müdafiəsini gücləndirir, müasir silahlar alır.
Diqqət edəndə isə görürük ki, dünyanın müharibəsiz günü olmur. Sadəcə, hansısa ərazidə müharibə gedir, hansısa ərazidə yox.
Məsələn, Konqoda az qala 40 ildir ki, savaşırlar, lakin bu, heç kimin diqqətini cəlb etmir.
Eləcə də Ermənistan və Azərbaycan arasında 30 il müharibə və gərginlik oldu, dünya buna diqqət ayırmadı, sadəcə, “barışın”,- dedilər.
Amma dünyanın şüurunda sanki Yer kürəsinin mərkəzi Avropadır. Bu modernlik, svilizasiya baxımından belə sayılır.
Elə ki müharibə riski Avropaya çatdı, danışmağa, narahat olmağa başladılar”.Bunu “Reytinq” qəzetinə açıqlamasında hərbi ekspert Azad İsazadə deyib.
Onun sözlərinə görə, Rusiyanın Ukraynaya hücumu qaydaları pozub və nəticə olaraq III Dünya müharibəsi təhlükəsini yaradıb.