Icma.az
close
up
RU
III Dünya müharibəsi riski artır

III Dünya müharibəsi riski artır

Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


“Qlobal səviyyədə ən gərgin dövrü yaşayırıq. İndi dünyada yeni silahlanma başlayıb, hamı müdafiəsini gücləndirir, müasir silahlar alır. Diqqət edəndə isə görürük ki, dünyanın müharibəsiz günü olmur. Sadəcə, hansısa ərazidə müharibə gedir, hansısa ərazidə yox. Məsələn, Konqoda az qala 40 ildir ki, savaşırlar, lakin bu, heç kimin diqqətini cəlb etmir. Eləcə də Ermənistan və Azərbaycan arasında 30 il müharibə və gərginlik oldu, dünya buna diqqət ayırmadı, sadəcə, “barışın”,- dedilər. Amma dünyanın şüurunda sanki Yer kürəsinin mərkəzi Avropadır. Bu modernlik, svilizasiya baxımından belə sayılır. Elə ki müharibə riski Avropaya çatdı, danışmağa, narahat olmağa başladılar”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında hərbi ekspert Azad İsazadə deyib.
Onun sözlərinə görə, Rusiyanın Ukraynaya hücumu qaydaları pozub və nəticə olaraq III Dünya müharibəsi təhlükəsini yaradıb. Halbuki Avropa müharibə məkanlarından uzaqda olanda belə təhlükə barədə danışılmırdı.
A. İsazadə dövlətlərin hərbi xərclərini və silahlı qüvvələrinin qabiliyyətini artırmaq qərarlarına əsaslanaraq iddia edir ki, III Dünya müharibəsi riski yaranıb.
“Biz hazırda dünya müharibəsi ərəfəsində dayanmışıq. Səbəb Rusiyanın Ukraynaya hücumu və bunun nəticəsində başlanan silahlanma yarışıdır. Rusiya 2008-ci ildə Gürcüstana hücum edəndə və rus tankları Tbilisinin bir neçə kilometrliyində dayananda belə səs-küy olmamışdı. Amma indi müharibə Avropanın şərqində gedir, bunun genişlənmək ehtimalı yüksəkdir. Əlbəttə, vaxtında Gürcüstanda Rusiyaya yeri göstərilsəydi, indi belə olmazdı. Eləcə də, əgər Avropa ciddi hərbi qüdrətə malik olsaydı, Kreml Ukraynaya hücum etməzdi. Və ya əgər vaxtında Ukraynaya müasir silahlar verilsəydi, müharibə 2023 və ya 2024-cü illərdə dayanardı. Odur ki, indi dünya müharibəsi riski var”,- deyə hərbi ekspert əlavə edib.

A. İsazadə
A. İsazadə bildirib ki, Rusiya Ukraynaya hücum etməklə qlobal qaydaları pozub. Onun fikrincə, indi yeni dünya qaydaları qəbul olunmalıdır ki, nizam yaransın:
“Amma tarixdə, dünya qaydaları dünya müharibələrindən sonra yaranıb. Məsələn, I Dünya müharibəsi bitdikdən sonra yeni qaydalar yaransa da, bu, ədalətsiz qaydalar idi. Odur ki, üzərindən 20 il keçdikdən sonra II Dünya müharibəsi başladı. II Dünya müharibəsi nəticəsində Potsdam-Yalta konfransları oldu və dörd ölkə arasında ümumi razılıqla yeni qaydalar yarandı, dünya nizam mərhələsinə daxil oldu. İndi isə Rusiyanın hücumu həmin qaydaları pozub. Sanki qaydasız döyüş mərhələsi yaşanır. Yeni qaydaların III Dünya müharibəsindən sonra ortaya çıxacağını, yoxsa, güclü dövlətlərin ədalətli qərarlarla buna nail olacağını deyə bilmərik. Amma ümid edirəm ki, yeni dünya nizamı yeni dünya müharibələri olmadan yaranacaq”.
Y. QACAR
Reyting.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://reyting.az
archiveBu xəbər 23 İyul 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see312

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see296

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see281

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see280

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see253

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see236

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see232

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see225

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see218

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see217

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see212

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see212

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see210

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see200

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see197

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see189

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see189

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see186

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri