Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Bayram günlərində uzun müddət davam edən orucluqdan sonra qida rejiminin ani dəyişdirilməsi orqanizmə əlavə yük gətirir”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov nazirliyin "Instagram" səhifəsində canlı yayım zamanı deyib.
Həkim qeyd edib ki, yağlı və şirniyyatlı yeməklərin birdən çox miqdarda qəbulu həzm sistemində pozuntulara yol aça bilər:
“Yemək zamanı tələsmək düzgün deyil, hər bir qida yaxşıca çeynənməlidir. Qida qəbulunun arasında ən azı 4 saat fasilə saxlamaq tövsiyə olunur. Bayram süfrəsində təqdim olunan müxtəlif yeməkləri bir gündə deyil, bir neçə gün ərzində qəbul etmək daha məqsədəuyğundur.
Adətən bayram 4-5 gün davam edir. Qidaları porsiyalarla qəbul etmək lazımdır ki, orqanizm yüklənməsin. Hər il bayramlardan sonra mədə-bağırsaq problemlərinin artdığı müşahidə olunur”
Gülər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin