Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Cənubi Qafqazın gələcək geopolitik xəritəsinin formalaşdırılmasında rəsmi Ankaranın iştirakı və təsiredici rolu artan xətt üzrə inkişaf edir, Qara dəniz hövzəsindən Xəzəryanı regiona qədər geniş coğrafiya Türkiyə üçün artıq ümumi geostrateji təhlükəsizlik məkanına çevrilir...
Ona görə də, Türkiyənin yaxın vaxtlarda atacağı geostrateji addımlar yalnız Cənubi Qafqazın deyil, bütövlükdə Avrasiyanın təhlükəsizlik sisteminin strukturunun formalaşmasına həlledici səviyyədə təsir göstərə bilər...
Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Ukrayna savaşı Avro-Atlantik təhlükəsizlik sistemində fundamental dəyişikliyə yol açaraq, regional güc balanslarının yenidən formalaşmasına səbəb olub.
Bu proses yalnız Şərqi Avropa deyil, Qara dəniz hövzəsi və Cənubi Qafqaz üçün də yeni strateji reallıqlar yaradıb.
Məhz belə bir şəraitdə Türkiyə həm NATO üzvü, həm də Qara dəniz regionu dövləti olaraq, Cənubi Qafqazın əsas geopolitik aktorları - Azərbaycan, Ermənistan, Rusiya və İran ilə çoxşaxəli əlaqələrə malikdir.
Türkiyə Milli Müdafiə Nazirliyinin mümkün atəşkəsdən sonra Ukraynada Türk hərbçilərinin sülhməramlı kimi yerləşdirilməsinə hazır olduğuna yönəlik bəyanatı, eləcə də, Milli Təhlükəsizlik Şurasının ardıcıl iclaslarında Cənubi Qafqaz və Yaxın Şərqlə bağlı məsələlərin prioritet kimi müzakirə olunması, rəsmi Ankaranın regional təhlükəsizlik arxitekturasının yenidən qurulmasında daha aktiv rol oynamağa hazır olduğunu göstərir.
Ona görə də, Türkiyənin son addımları beynəlxalq münasibətlərin yeni inkişaf istiqamətləri, qlobal güc balansı konsepsiyası və regional təhlükəsizlik sisteminin daha effektiv formata keçirilməsi baxımından, böyük önəm daşıyır.