Icma.az
close
up
RU
İki dəniz arasında “GÜCLÜ YUMRUQ” əməliyyatı: Türkiyə Avrasiyada şəriksiz hegemoniya qurur

İki dəniz arasında “GÜCLÜ YUMRUQ” əməliyyatı: Türkiyə Avrasiyada şəriksiz hegemoniya qurur

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Cənubi Qafqazın gələcək geopolitik xəritəsinin formalaşdırılmasında rəsmi Ankaranın iştirakı və təsiredici rolu artan xətt üzrə inkişaf edir, Qara dəniz hövzəsindən Xəzəryanı regiona qədər geniş coğrafiya Türkiyə üçün artıq ümumi geostrateji təhlükəsizlik məkanına çevrilir... Ona görə də, Türkiyənin yaxın vaxtlarda atacağı geostrateji addımlar yalnız Cənubi Qafqazın deyil, bütövlükdə Avrasiyanın təhlükəsizlik sisteminin strukturunun formalaşmasına həlledici səviyyədə təsir göstərə bilər...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Ukrayna savaşı Avro-Atlantik təhlükəsizlik sistemində fundamental dəyişikliyə yol açaraq, regional güc balanslarının yenidən formalaşmasına səbəb olub. Bu proses yalnız Şərqi Avropa deyil, Qara dəniz hövzəsi və Cənubi Qafqaz üçün də yeni strateji reallıqlar yaradıb. Məhz belə bir şəraitdə Türkiyə həm NATO üzvü, həm də Qara dəniz regionu dövləti olaraq, Cənubi Qafqazın əsas geopolitik aktorları - Azərbaycan, Ermənistan, Rusiya və İran ilə çoxşaxəli əlaqələrə malikdir.

Türkiyə Milli Müdafiə Nazirliyinin mümkün atəşkəsdən sonra Ukraynada Türk hərbçilərinin sülhməramlı kimi yerləşdirilməsinə hazır olduğuna yönəlik bəyanatı, eləcə də, Milli Təhlükəsizlik Şurasının ardıcıl iclaslarında Cənubi Qafqaz və Yaxın Şərqlə bağlı məsələlərin prioritet kimi müzakirə olunması, rəsmi Ankaranın regional təhlükəsizlik arxitekturasının yenidən qurulmasında daha aktiv rol oynamağa hazır olduğunu göstərir. Ona görə də, Türkiyənin son addımları beynəlxalq münasibətlərin yeni inkişaf istiqamətləri, qlobal güc balansı konsepsiyası və regional təhlükəsizlik sisteminin daha effektiv formata keçirilməsi baxımından, böyük önəm daşıyır.

Onu da qeyd etmək lazımdır ki, rəsmi Ankaranın son geostrateji manevrləri Türkiyənin NATO çərçivəsində statusun daha da genişləndirilməsinə münbit şərait yaradır. Belə ki, rəsmi Ankaranın Ukraynaya sülhməramlı göndərmə niyyəti, Türkiyənin NATO daxilində rolunun transformasiya ehtimalını daha ön plana çəkmiş olur. Çünki bu addım rəsmi Ankaranın yalnız siyasi-diplomatik vasitəçilik edən aktor statusundan çıxaraq, post-münaqişə təhlükəsizlik mühitinin formalaşmasında birbaşa iştirakçıya çevrilmə şansını da gücləndirir. Və rəsmi Ankaranın əsas geostrateji hədəfləri Türkiyənin qlobal və regional məkanda manevr gücünün artırılmasına, mövcud risklərin effektiv idarə edilməsinə, eləcə də, beynəlxalq sistemdə təsir imkanlarının daha da genişləndirilməsinə yönəlib.

Maraqlıdır ki, hazırda Türkiyənin Ukrayna savaşı, Qara dəniz hövzəsi və Cənubi Qafqaz üzrə dialoq tərəfdaşlarından olan Rusiya ilə münasibətləri qarşılıqlı asılılıq xarakteri daşıyır. Belə ki, enerji, Suriya, Cənubi Qafqaz, iqtisadi əlaqələr və təhlükəsizlik məsələləri iki ölkə arasında kompleks balans yaradır. Ukrayna savaşı üzrə Türkiyənin potensial sülhməramlı missiyası Rusiya üçün həm risk yaradır, həm də sülh danışıqlarında əlavə manevr məkanı açır. Rəsmi Ankara bu faktorlardan istifadə etməklə, həm Rusiyanın regiondakı davranışlarına nəzarət etməyə, həm də Türkiyənin siyasi-diplomatik çəkisini artırmağa çalışır.

Bütün bunlara paralel olaraq, rəsmi Ankara Qara dəniz hövzəsində təhlükəsizlik arxitekturasının yenilənməsi prosesi üzrə Türkiyənin əsas hərbi-siyasi iradə sahibi kimi çıxış etmək şanslarını da gücləndirməyə cəhd göstərir. Hər halda, Türkiyə artıq Montre Konvensiyasının qorunması, Qara dəniz taxıl dəhlizi və regional təhlükəsizlik təşəbbüsləri ilə bu hövzədə mərkəzi aktora çevrilmiş kimi görünür. Rəsmi Ankaranın savaşın dayandırılmasından sonra Ukraynaya sülhməramlı missiya göndərməsi isə bu statusu regional hərbi-siyasi strukturlaşma səviyyəsində daha da möhkəmləndirə bilər.

Digər tərəfdən, Cənubi Qafqazda erməni separatizminin tamamilə darmadağın edilməsi bu regionda artıq yeni geopolitik situasiya yaradıb. Rusiya “sülhməramlılar”ının regionu tərk etmək məcburiyyətində qalması, rəsmi İrəvanın Qərbə inteqrasiya xətti tutması və Azərbaycan-Ermənistan sülh prosesində yeni formatların yaranması Türkiyənin Cənubi Qafqazda regional təsir mexanizmlərini daha da gücləndirib. Ona görə də, indi rəsmi Ankara öz qətiyyətli manevrləri ilə regionda təhlükəsizlik boşluqlarını doldurmaq, Azərbaycan-Ermənistan sülh prosesinə təsir imkanlarını artırmaq, İran və Qərb arasında balans siyasətini qorumaq, Cənubi Qafqazda post-Rusiya dövrü üçün geopolitik hazırlıq aparmaq məqsədi güdür.

Eyni zamanda, Türkiyə-Rusiya-İran üçbucağında müşahidə edilən proseslər Cənubi Qafqazda güc balansının sürətlə dəyişməkdə olduğunu göstərir. Belə ki, Rusiya zəifləyir, İran sərt mövqeyini gücləndirməyə çalışır, Qərb regiona daha fəal şəkildə daxil olmağa can atır, Azərbaycan və Türkiyə isə daim artmaqda davam edən geopolitik resurslarla bütün regionu tədricən nəzarət altına alır. Və bu baxımdan, rəsmi Ankaranın daha fərqli hədəflərə yönəlmiş geostrateji manevrlərlə Türkiyənin Cənubi Qafqazda regional təsir radiusunu genişləndirməyə çalışması qətiyyən gözlənilməz deyil.

Ona görə də, hazırda Türkiyənin Cənubi Qafqaz strategiyasının dərinləşdirilməsi ilk növbədə mövcud imkanların genişləndirilməsin və ola biləcək risklərin nəzarətdə saxlanmasına yönəlib. Belə ki, Türkiyənin Cənubi Qafqazdakı mövqeyi yeni nəqliyyat-kommunikasiya və enerji dəhlizlərində dominanlıq imkanlarının artırılması, Azərbaycanla hərbi-siyasi ittifaqın institusional şəkildə genişləndirilməsi, Ermənistanla münasibətlərin normallaşdırılması üçün yeni mexanizmlərin axtarılması, Qərb üçün regionda əsas təhlükəsizlik tərəfdaşına çevrilmək, eləcə də Rusiya-İran cütlüyü qarşısında balans siyasəti vasitəsilə strateji manevr imkanlarının yaradılması üzərində qurulub.

Göründüyü kimi, müəyyən geopolitk risklər hələ də qalsa da, rəsmi Ankara həm Ukrayna savaşının növbəti mərhələsində, həm də Cənubi Qafqazın yeni təhlükəsizlik sistemində həlledici aktora çevrilmək niyyətindədir. Bu baxımdan, Türkiyə artıq yalnız reaksiya verən ölkə deyil, həm də geostrateji prosesləri birbaşa idarə edən geopolitik aktordur. Qara dəniz hövzəsi və Cənubi Qafqaz regionu Türkiyə üçün artıq ümumi strateji təhlükəsizlik məkanına çevrilir. Və rəsmi Ankara çoxvektorlu geopolitik manevrlər ilə həm NATO, həm Rusiya, həm də regional dövlətlərlə paralel münasibətlər qurmaqda davam edir.

Bu baxımdan, Cənubi Qafqazın da gələcək geopolitik xəritəsinin formalaşdırılmasında Türkiyənin iştirakı və təsiredici rolu artan xətt üzrə inkişaf edir. Ona görə də, Türkiyənin yaxın vaxtlarda atacağı geostrateji addımlar yalnız Cənubi Qafqazın deyil, bütövlükdə Avrasiya təhlükəsizlik sisteminin strukturuna təsir göstərə bilər. Və belə anlaşılır ki, rəsmi Ankara geostrateji “güclü yumruq” əməliyyatı ilə Qara dənizdən Xəzər dənizinə qədər olan geniş coğrafiyada şəriksiz geopolitik iradə sahibinə çevrilmə istiqamətində inamla irəliləyir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://olke.az
archiveBu xəbər 05 Dekabr 2025 22:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see293

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see165

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see164

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see145

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see143

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see140

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see137

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see136

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see135

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see131

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see131

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see128

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see128

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri