Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yanvarın 24-dən etibarən Naxçıvandan Bakıya və əks istiqamətə uçan təyyarə reysləri ardıcıl təxirə salınır. Nəticədə həm Bakı, həm də Naxçıvan aeroportlarında ciddi sıxlıq yaranıb.
"AzPolitika" "Gündəlik Naxçıvan" kanalına istinadla xəbər verir ki, reyslərin gecikməsinə səbəb kimi Naxçıvandakı dumanlı hava şəraiti göstərilir.Ötən gecə çənin səngiməsindən sonra bir neçə reys həyata keçirilsə də, hazırda reyslər yenidən dayandırılıb.Bakı hava limanında gözləyən sərnişinlərdən Kamal Cəfərov deyir ki, reyslərin gecikməsi ilə bağlı əvvəlcədən məlumat verilməməsi onu çətin vəziyyətə salıb:“Artıq axşamdan gözləyirik, nə dəqiq məlumat verən var, nə də alternativ təklif olunur. Sadəcə “hava açılmalıdır” deyib bizi gözləməyə məcbur edirlər. Mənim reysim dünən axşama idi. İndi hava açılsa da, məndən sonra uçacaq 5-6 reys var. Yenə də saatlarla gözləməliyəm. Amma bu zamanı mən evimdə, rahat şəkildə gözləyə bilərdim. Bu qədər insanı saatlarla hava limanında saxlamaq normal deyil. Heç olmasa aydın məlumat verilməlidir. Burada saatlarla gözləmək həm də əlavə xərc deməkdir”.Naxçıvanda reysi təxirə salınan sərnişin Nicat Məmmədov da qeyri-müəyyənlikdən narazılığı edib.“Tezdən erkən saatlardan gəlmişəm. Uçuşun nə vaxt olacağı bilinmir. İşimiz, ailə məsələlərimiz var, amma heç kim məsuliyyəti üzərinə götürmür. Dəqiq məlumat verən yoxdur. Dünəndən burada gözləyənlər var. Qeyri- müəyyənlik var. Duman çəkilmiş olsa belə, bizim reysin nə zaman olacağı qeyri-müəyyəndir. Bu, saatlar sonra da, bir gün sonra da ola bilər. Gözləmək məcburiyyətindəyik", - deyə o qeyd edib."AzPolitika.info"