Icma.az
close
up
RU
İki gündür ki, Naxçıvan Bakı reysləri təxirə salınır Hava limanlarında sıxlıq yaranıb

İki gündür ki, Naxçıvan Bakı reysləri təxirə salınır Hava limanlarında sıxlıq yaranıb

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yanvarın 24-dən etibarən Naxçıvandan Bakıya və əks istiqamətə uçan təyyarə reysləri ardıcıl təxirə salınır. Nəticədə həm Bakı, həm də Naxçıvan aeroportlarında ciddi sıxlıq yaranıb.

"AzPolitika" "Gündəlik Naxçıvan" kanalına istinadla xəbər verir ki, reyslərin gecikməsinə səbəb kimi Naxçıvandakı dumanlı hava şəraiti göstərilir.Ötən gecə çənin səngiməsindən sonra bir neçə reys həyata keçirilsə də, hazırda reyslər yenidən dayandırılıb.Bakı hava limanında gözləyən sərnişinlərdən Kamal Cəfərov deyir ki, reyslərin gecikməsi ilə bağlı əvvəlcədən məlumat verilməməsi onu çətin vəziyyətə salıb:“Artıq axşamdan gözləyirik, nə dəqiq məlumat verən var, nə də alternativ təklif olunur. Sadəcə “hava açılmalıdır” deyib bizi gözləməyə məcbur edirlər. Mənim reysim dünən axşama idi. İndi hava açılsa da, məndən sonra uçacaq 5-6 reys var. Yenə də saatlarla gözləməliyəm. Amma bu zamanı mən evimdə, rahat şəkildə gözləyə bilərdim. Bu qədər insanı saatlarla hava limanında saxlamaq normal deyil. Heç olmasa aydın məlumat verilməlidir. Burada saatlarla gözləmək həm də əlavə xərc deməkdir”.Naxçıvanda reysi təxirə salınan sərnişin Nicat Məmmədov da qeyri-müəyyənlikdən narazılığı edib.“Tezdən erkən saatlardan gəlmişəm. Uçuşun nə vaxt olacağı bilinmir. İşimiz, ailə məsələlərimiz var, amma heç kim məsuliyyəti üzərinə götürmür. Dəqiq məlumat verən yoxdur. Dünəndən burada gözləyənlər var. Qeyri- müəyyənlik var. Duman çəkilmiş olsa belə, bizim reysin nə zaman olacağı qeyri-müəyyəndir. Bu, saatlar sonra da, bir gün sonra da ola bilər. Gözləmək məcburiyyətindəyik", - deyə o qeyd edib."AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 26 Yanvar 2026 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see246

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see234

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see199

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see196

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see167

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see162

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see153

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see152

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see148

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see134

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see134

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri